Rusiyada ipoteka qanunvericiliyinə dəyişiklik gözlənilir.
FED.az xəbər verir ki, Dövlət Dumasına «İpoteka haqqında» qanuna təklif edilən yeniliyə görə, borclular bankda girovda olan mənzili özü sata biləcək.
Dəyişiklikdə deyilir ki, əgər borclu krediti sahibkarlıq məqsədilə götürməyibsə, kreditin məbləği 15 milyon rublu (220 min dolları) keçmirsə və bank özü girovu satmaq üçün məhkəməyə müraciət etməyibsə, borclu özü bu mənzili sata bilər.
Yenilik qəbuul edilsə, qaydaya görə, müştəri evini satmaq istəyəndə banka mürciət etməlidir, bank buna görə ona 6 aydan artıq olmayan vaxt verməlidir. Evin satışı üçün minimum məbləğ də təyin ediləcək ki, alınan məbləğ bankın pulunu ödəməyə kifayət etsin. Bank buna razılaşsa, gələcəkdə evi satmaq üçün məhkəməyə müraciət edə bilməyəcək.
Hazırda Rusiyada girov əmlaklar yalnız hərrac yolu ilə satılır və məhz buradakı yüksək xərclər (hərracın təşkili 3% və icra rüsumu 7%) parlamenti bu addıma vadar edib. Qanun müəlliflərinin fikrincə, dəyişiklik banklara pulu dərhal və tam almağa imkan verəcək, eyni zamanda borcluya da şərait yaradacaq ki, bankın kreditini özünə sərfəli olan formada qaytarsın. Yəni girovün hərrac vasitəsilə satılması üçün ortada pul itkisi olmasın.
Təsadfi deyil ki, bankların təmsilçiləri bu qanunu dəstəkləyiblər. Banklar bildirib ki, hərrac şərtləri o qədər sərfəsizdir ki, banklar özləri müştərilərə əmlakı satmağa icazə verirlər. Amma indiyədək bu qeyri-rəsmi idi, indi isə qanuna daxil ediləcək.