Rusiya hökuməti koronavirusun təsiri və dünya bazarında neftin kəskin ucuzlaşması səbəbindən iqtisadiyyata və vətəndaşlara dəstək tədbirlərini açıqlayıb.
Eləcə də bax: Putin: “Rusiya üç ay ərzində koronavirusa qalib gələcək”
FED.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı ilk növbədə banklara tövsiyə edir ki, koronavirusa yoluxanları krediti gecikdirməyə görə cərimələməsinlər, onların girov əmlakını əllərindən almasınlar, eləcə də, 100 min rubl məbləğə qədər pul köçürmələri üçün komissiya haqqı tutmasınlar.
Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib ki, hələlik ölkə iqtisadiyyatında tənəzzül görmür, amma ikinci rübdə iqtisadi artımın zəifləyəcəyini gözləyir.
«Adətən tənəzzül o halda baş verir ki, ardıcıl bir neçə rüb iqtisadi geriləmə baş versin. İkinci rübdə iqtisadi artım irinci rübə nisbərən az olacaq, amma fikrimizcə, iqtisadi artım müsbət zonada (sıfırdan yuxarı) qalacaq». Üstəlik, Mərkəzi Bankın rəhbəri bildirib ki, bankın və hökumətin görəcəyi tədbirlər nəticəsində 3-cü rübdə vəziyyətin sabitləşəcəyi gözlənilir. Beləliklə, görüləcək tədbirlər aşağıdakılardır.
Pul köçürmələri üçün komissiyanın ləğvi və ipotekaya dəstək
İlk növbədə Mərkəzi Bank banklara qadağan edib ki, Sürətli Ödənişlər Sistemində ayda 100 min rubla (1282 dollar və ya 2180 manat) qədər məbləğdə ödənişlər üçün komissiya haqqı tutmasınlar. Bundan daha böyük ödənişlərdə isə komissiya haqqı köçürülən vəsaitin 0,5%-dən və ümumilikdə 1500 rubldan (19 dollar və ya 32,7 manat) artıq olmamalıdır.
Digər tədbir odur ki, Mərkəzi Bank bank kartları ilə onlayn-alışlar üçün ödənişlər zamanı komissiyaya yuxarı hədd qoyacaq
Mərkəzi Bank kredit təşkilatlarına (banklara) tövsiyə edib ki, koronavirus tapılan şəxslərlin kreditləri üzrə penya və cərimələr hesablamasınlar. Həmin şəxslərin kreditlərini restrukturizasiya etsinlər. Özü də Mərkəzi Bank şərait yaradıb ki, banklar bu prosesdən zərər görməsinlər. Belə ki, həmin problemli kreditlərə görə, banklar əlavə ehtiyat yaratmalı olmayacaqlar.
Bu tövsiyələr 2020-ci ilin sentyabrın 30-a qədər qüvvədədir. Mərkəzi Bank banklara onu da tapşırıb ki, həmin vaxtadək koronaviruslu xəstələrin girovunu əllərindən almasınlar.
Koronaviruslu xəstələrə ayrıca güzəştlər
Mikromaliyyə təşkilatları isə xəstələrin kreditlərinin müddətini uzadanda onlara qarşı korrektə edici əmsallar tətbiq etməyə bilərlər – əgər müştərinin kredit yükü 50%-i keçmirsə və vəsaitlərin yetərliyi normativi uyğun gəlirsə.
Mərkəzi Bank sığorta şirkətlərindən də xahiş edib ki, müştərilər istəyərsə, könüllü sığorta üzrə ödənişlərin vaxtını uzatsınlar.
İpoteka kreditlərində yumşalmalar
Aprelin 1-dən etibarən ipoteka kreditləri və MTK-də payçılır üçün götürülən kreditlər daha aşağı risk əmsalları ilə veriləcək. Nəticədə belə kreditlər banklar üçün əvvəlkindən daha sərfəli olacaq. İlkin ödəniş 10% olan və analıq kapitalı ilə ödənilən ipoteka kreditlərində isə kredit bağlandıqca, faizlər azalacaq.
Kiçik və orta biznes üçün güzəştlər
Böhrandan ən çox zərər görə bilən sektor «kiçik və orta biznes – pandemiya dövründə iqtisadiyyatın ən yüksək riskə məruz qalacaq sahəsidir», - deyə maliyyə requlyatoru bildirir.
Bununla əlaqədar olaraq kiçik və orta sahibkarlar üçün yenidən maliyyələşmə kreditləri proqramı genişlənəcək: bu sahədə iki yeni alət tətbiq ediləcək – birincisi faiz dərəcələri azaldılacaq, ikincisi, kredit həcmi artacaq.
Köhnə limitlərlə verilən yenidən maliyyələşmə kreditlərinin faizi 4%-ə endiriləcək, ümumilikdə isə bu kreditlər üzrə mksimum faiz dərəcəsmi 8,5%i keçməyəcək. Üstəlik, bu zaman kiçik və orta biznes üçün sahəvi məhdudiyyətlər aradan qaldırılır – yəni bu imkandan bütün sahələrdəki sahibkarlar istifadə edə biləcək.
2020-ci ilin aprelindən etibarən Mərkəzi Bank banklara 500 milyard manat ayıracaq ki, kiçik və orta sahibkarlara kredit versinlər. Həmin vəsaitlər 1 illik müddətə illik 4%-lə veriləcək. Yüksək kredit reytinqinə malik olan təşkilatlar isə Rusiya Bankından bu kreditləri təminatsız (girovsuz) ala bilərlər. Öelə reytinqi olmayanlar isə «Korporaüiə «KOB» korporasiyasından tövsiyə məktubu gətirməli olacaqlar.
Bununla yanaşı, Mərkəzi Bank banklara tövsiyə edir ki, kreditləri restrukturizasiya üçün müraciət edən sahibkarların müraciətlərinə müsbət cavab versinlər. Və bu zaman icazə verir ki, həmin sahibkarların borca xidmət reytinini azaltmasınlar.
Banklar və qeyri-kreit təşkilatarı üçün
Kredit və qeyri-kredit təşkilatları üçün Mərkəzi Bankın dəstək tədbirləri daha maraqlıdır. Belə ki, MB bu təşkilatlara icazə verir ki, 2021-ci il yanvarın 1-ə qədər, öz hesabatlarında 2020-ci il martın 1-ə qədər alınan pay və borc qiymətli kağızlarının qiyməini elə həmin tarixdəki qiyməti ilə göstərsinlər.
Bu da imkan verəcək ki, martın 1-dən sonra fond bazarında baş verən çökmələr həmin təşkilatların hesabatlarına daha az təsir etsin. 30 sentyabradək alınan qiymətli kağızların qiymətini isə, hesabatlarda, alındığı qiymətlərlə göstərmək olər.
Rusiyanın sistem xarakterli bankları (indi belələri 11 bankdır) 2021-ci il aprelin 1-i tarixinə qədər MB-dan daha yumşaq şərtlərlə birbaşa kredit xətləri alacaqlar. Bu onun üçün lazımdır ki, həmin banklar qısamüddətli likvidlik normativlərini qoruya bilsinlər. Bu kredit xəttindən istifadə üçün ödənişlər isə 0,5%-dən 0,15%-ə endiriləcək. Belə kredit xətti üçün limitinin hesablanması qaydası da dəyişəcək və likvidliyin idarə olunması imkanları genişlənəcək.
Banklra icazə verilib ki, məcburi normativlərin hesablanması zamanı bəzi xarici valyutada olan əməliyyatları da daxil etsinlər – bura ABŞ dolları, avro, funt sterlinq, İsveçrə frankı, yapon yeni və Çin yuanı daxildir. Amma açıq valyuta limitlərinin ölçüsü hesablananda buna icazə verilməyəcək. Xarici valyuta ilə əməliyyatları nəzərə alanda həmin valyutanın 1 mart 2020-ci ilə olan (yəni virusun təsiri hələ hiss edilməyən vaxtdakı) rəsmi məzənnəsi əsas götürüləcək. Bu tədbirlər də 30 sentybradək qüvvədə olacaq. Milli anti-tsiklik əlavə isə sıfır səviyyəsində olacaq.
Yeni qaydalara görə, əgər kredit təşkilatları bölüşdürüləcək mənfəət payına görə məhdudiyyəti pozmurlarsa, onlar səhm sahiblərinə dividendlərin ödənişi, eləcə də, menecmentə stimullaşdırıcı ödənişlər zamanı əlavələrən istifadə edə bilərlər.
«Amma kredit təşkilatlarının əsas məqsədi menecienti bonuslarla mükafatlandırmaq deyil, iqtisadiyyatın kreditləşdirilməsidir» - deyə Rusiya Mərkəzi Bankı banklara vəziyyəti xatırladır. Ona görə də Mərkəzi Bank banklara məsləhət görür ki, yuxarıda göstərilən yumşalmadan istifadə edən banklar 2020-ci il üzrə təxirə salınmış mükafat payını 1,5 dəfə artırsınlar, digər tərəfdən 2019-cu il üzrə belə ödənişlərin isə ödəmə dövrünü 1,5 dəfə artırsınlar, yəni uzatsınlar.
Səhmdar cəmiyyətlər üçün tələblər
Rusiya Bankı təklif edir ki, korporativ qanunvericilik dəyişdirilsin ki, səhmdar cəmiyyətərə olan tələbləri iqtisadiyyadakı vəziyyətə uyğunlaşdırsınlar, amma bununla yanaşı, səhmdarların maraqlarının müdafiəsi səviyyəsini də qoruyub saxlasınlar.
Belə ki, Mərkəzi Bank Səhmdar cəmiyyətlərə icazə verir ki, 1) korporativ prosedurların keçirilməsi müddətini uzatsınlar; 2) 2020-ci ilin maliyyə yekunlarını nəzərə almasınlar (xalis aktivlərin dəyərinin və nizamnamə kapitalına nisbəti baxımından); 3) 2020-ci ildə birjada öz səhmlərinin geri alışını sadələşdirilmiş prosedurla həyat keçirsinlər; 4) 2020-ci ildə illik və aralıq konsolidasiya edilmiş maliyyə hesabatlarını və digər göstəriciləri adi qaydada olduğundan daha gec açıqlasınlar.