Artıq "Premium Bank"ın müştəriləri "mygov" tətbiqi ilə bankın xidmətlərindən faydalana biləcək
Azərbaycanın tanınmış banklarından olan "Premium Bank" müştərilərinə daha rahat və innovativ xidmətlər təqdim etmək üçün daim ən son imkanları dəyərləndirir.
FED.az xəbər verir ki, artıq "Premium Bank" filiallarında müştərilərin şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmələrinə ehtiyac yoxdur. Müştərilər "mygov" tətbiqi vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək bankın təqdim etdiyi müxtəlif xidmətlərdən rahatlıqla faydalana bilərlər.
Müştərinin şəxsiyyətini təsdiqləyən məlumatlar birbaşa "mygov" tətbiqi üzərindən təqdim olunur ki, bu da fiziki şəxsiyyət vəsiqəsini tələb etmədən əməliyyatların həyata keçirilməsini təmin edir. Müştəri sadəcə "mygov" tətbiqində yer alan QR kodunu bank əməkdaşına təqdim edir və əməkdaş həmin kodu QR-Reader cihazı vasitəsilə oxudaraq şəxsiyyət məlumatlarını əldə edir. Alternativ olaraq, müştəri 8 simvollu unikal kodu təqdim edərək də xidmətlərdən asanlıqla yararlana bilər.
Qeyd edək ki, 16 iyul 2024-cü ildə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna edilən dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təqdim edilə bilər.
"Premium Bank"ın müasir və faydalı xidmətləri barədə daha ətraflı məlumatı filial və şöbələrimizdən, rəsmi internet səhifəmizdən www.premiumbank.az və ya 931 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.