Bank sektoru qısamüddətli olsa da yenə də pul bolluğu yaşayır. FED.az xəbər verir ki, bunu nəzərə alan Mərkəzi Bank depozit hərracı üzrə təklifini 250 milyondan 350 milyona qaldırıb və bir neçə hərracdır ki, məbləği aşağı salmır. Bu gün keçirilən hərrac zamanı bankların tələbi isə 917 milyon 9 min manat olub.
Tələb milyardı ötdü, limit qalxdı
Bu ilin yanvar ayından bəri Mərkəzi Bank yalnız depozit hərracı vasitəsilə 5 milyard 200 milyon manatı dövriyyədən yığıb. Mart ayından başlayaraq, bankların hərraca çıxartdığı manatın həcmi 1 milyardı ötdüyündən artıq apreldə “dollar ajiotajı”nda bu amilin də rolu oldu. Buna görə də aprel ayının ortasında Mərkəzi Bank hərrac üçün formalaşdırdığı 250 milyon manatlıq limiti 350 milyon manata qaldırmalı oldu.
Tarix |
MB-ın təklifi |
Bankların tələbi |
Yerləşdirilən məbləğ |
05.01.2018 |
300.000.000 |
300.300.000 |
300.000.000 |
12.01.2018 |
250 000 000 |
446 600 000 |
250 000 000 |
15.01.2018 |
250 000 000 |
318 000 000 |
250 000 000 |
22.01.2018 |
250 000 000 |
318 000 000 |
250 000 000 |
29.01.2018 |
250 000 000 |
695 400 000 |
250 000 000 |
05.02.201`8 |
250 000 000 |
520 800 000 |
250 000 000 |
12.02.2018 |
200 000 000 |
848 200 000 |
200 000 000 |
19.02.2018 |
250 000 000 |
992 400 000 |
250 000 000 |
26.02.2018 |
200 000 000 |
952 100 000 |
200 000 000 |
05.03.2018 |
250 000 000 |
1 133 300 000 |
250 000 000 |
12.03.2018 |
200 000 000 |
1 131 700 000 |
200 000 000 |
19.03.2018 |
250 000 000 |
1 009 980 000 |
250 000 000 |
27.03.2018 |
200 000 000 |
972 700 000 |
200 000 000 |
29.03.2018 |
250 000 000 |
706 900 000 |
250 000 000 |
02.04.2018 |
250 000 000 |
1 178 400 000 |
250 000 000 |
09.04.2018 |
200.000.000 |
1 074 400 000 |
200.000.000 |
16.04.2018 |
350.000.000 |
738 800 000 |
350.000.000 |
23.04.2018 |
350.000.000 |
935 800 000 |
350.000.000 |
30.04.2018 |
350 000 000 |
935 500 000 |
350 000 000 |
07.05.2018 |
350.000.000 |
917 900 000 |
350.000.000 |
Uçot dərəcəsi "dərman olmadı"
Kredit faizləri qalxanda banklar bunu Mərkəzi Bankın uçot dərəcəsinin yüksək olması ilə əlaqələndirirdilər. Lakin artıq 2 dəfədir ki, uçot dərəcəsi düşür, kredit faizlərində isə ciddi dəyişiklik yoxdur. Beləliklə, Mərkəzi Bankın uçotla vəziyyəti idarəetmək cəhdləri çox da uğurlu alınmır. Uçot dərəcəsinin aşağı həddi 11, yuxarı həddi 14 olsa da, biznes kreditləri ən yaxşı halda 21-22 faizlə verilir. Halbu ki, uçot dərəcəsini salmaqda məqsəd sahibkar üçün ucuz, əlverişli pul kütləsi imkanı yaratmaq (yəni kredit) idi. Bu hədəfə nail olmaq üçün hətta Mərkəzi Bank depozit hərracı və notların yerləşdirilməsi üzrə limitləri endirməklə bankları kreditlərə sövq edəcəyini zənn edirdi. Buna baxmayaraq, bankların kredit aktivliyi hələ də mənfi tendensiyadan çıxa bilmir. İzafi manat kütləsinin bolluğu isə dollara əlavə tələbat yaradır. Aprel ayında yaşanan “dollar ajiotajı”nı səngitmək üçün Mərkəzi Bank sterilizasiya tədbirlərini, yəni manatın daha çox yığılmasını davam etdirdi.
Görünür, banklar etibarlı tərəfdaş tapmır
Mərkəzi Bank sədri Elman Rüstəmov bunu belə açıqlayır ki, görünür, banklar sağlam və etibarlı tərəfdaş tapmaqda çətinlik çəkir. “Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov isə deyir ki, gəlirli və potensial inkişaf göstəriciləri yüksək olan sahibkarlar çox azdır. Başqa bir bank rəsmisi açıqlayır ki, sahibkarların hesabatlılıq səviyyəsi və menecmentlilik xüsusiyyətli bank sektorundan açıqcası geri qalır.
Başqa sözlə desək, hazırda bank sektorunda vəziyyət stabilləşir və növbə real sektorundur. Real sektor dirçəlməsə, istənilən xarici şok nəticəsində Azərbaycanda yenidən və bu dəfə daha böyük böhran yarana bilər.
Dolları xaricə yerləşdirirlər...
Məlumdur ki, bank sektorunda dollarlaşmanın səviyyəsi qismən azalmağa meyl etsə də hələ də yüksək olaraq qalır. Banklar əllərində olan manat vəsaitlərini Mərkəzi Bankın depozitlərinə, notlarına, dövlət istiqrazlarına və digər qiymətli kağızlara investisiya edirlər. Dollarla kredit isə verilmir demək olar, bu kreditlərin ümumi səbətdə tutduğu yer 1%-ə qədər deyil. Banklar dollar öhdəliklərinin bir hissəsini (burda normativlərə görə hədd var) xarici banklarda depozit kimi, ya da xarici istiqrazlara yerləşdirirlər. Düzdür bu, az gəlirli alətlərdir, amma pulun ölü olmasındansa, müəyyən gəlir gətirməsi daha məqsədəuyğundur. Amma bütün hallarda banklar 70%-lik dollar öhdəliklərinə görə izafi likvidlik yaşayır.
İlhamə Abdullayeva