"Rabitəbank"ın ümumi xərcləri 2024-cü ildə əvvəlki illə müqayisədə 23 955 min manat və ya 20% artaraq 142 111 min manata yüksəlib. 2023-cü ildə bu göstərici 118 156 min manat təşkil edib.
«Rabitəbank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, xərclərin strukturunda artım daha çox depozit faizləri və əmək haqqı xərclərinin yüksəlməsi ilə bağlıdır.
İnzibati xərclər üzrə 2023-cü ildə 40 485 min manat xərclənib. 2024-cü ildə bu rəqəm 42 954 min manata çataraq 2 469 min manat və ya 6% artıb. Amma bu istiqamətin ümumi xərclərdəki payı 34%-dən 30%-ə enib.
Əmək haqqı xərcləri bankın əsas xərc maddələrindən biri olaraq qalır. 2023-cü ildə bu istiqamət üzrə 28 982 min manat xərclənmişdisə, 2024-cü ildə bu rəqəm 34 581 min manata yüksəlib. Artım 5 599 min manat və ya 19% təşkil edib. Ümumi xərclərdəki payı isə 24% olaraq sabit qalıb.
Depozit faizləri üzrə ən ciddi artım qeydə alınıb. 2023-cü ildə bu göstərici 18 467 min manat olduğu halda, 2024-cü ildə 30 704 min manata yüksəlib. Bu, 12 237 min manat və ya 66% artım deməkdir. Depozit faizlərinin ümumi xərclərdəki payı isə 15%-dən 22%-ə yüksəlib.
Kredit faizləri üzrə cüzi dəyişiklik olub. 2023-cü ildə bu istiqamətə 2 330 min manat sərf olunmuşdu, 2024-cü ildə isə bu məbləğ 2 624 min manata yüksəlib. Artım 294 min manat və ya 13% təşkil edib. Bu xərc növünün ümumi xərclərdəki payı 2% səviyyəsində dəyişməz qalıb.
AMB kreditləri üzrə faiz xərcləri minimal olaraq qalır. 2023-cü ildə bu istiqamət üzrə 2 min manat xərclənmişdisə, 2024-cü ildə bu göstərici 1 min manata enib. Pay isə 1% olaraq sabit qalıb.
Amortizasiya xərcləri üzrə 2023-cü ildə 7 772 min manat xərclənib, 2024-cü ildə isə bu məbləğ 8 737 min manata yüksəlib. Artım 965 min manat və ya 12% təşkil edib. Amma amortizasiya xərclərinin payında 7%-dən 6%-ə azalma qeydə alınıb.
Digər faiz xərcləri 2023-cü ildə 9 587 min manat olub, 2024-cü ildə isə 10 647 min manata yüksəlib. Artım 1 060 min manat və ya 11% təşkil etsə də, payı 8%-dən 7%-ə enib.
Digər qeyri-faiz xərcləri üzrə artım 1 332 min manat olub. 2023-cü ildə bu istiqamət üzrə 10 531 min manat xərclənmişdisə, 2024-cü ildə bu məbləğ 11 863 min manata çatıb. Ümumi xərclərdəki payı isə 9%-dən 8%-ə düşüb.
Bankın xərcləri və həmin xərclərin ümumi xərclərdə payı ilə bağlı daha detallı aşağıdakı cədvəldə:
Min manat |
||
Xərc mənbələri |
Məbləğ |
Ümumi xərclərdə payı |
Faiz xərcləri |
||
Depozitlər üzrə faizlər |
30 704 |
22% |
AMB kredit xərci |
1 |
1% |
Kredit faizləri |
2 624 |
2% |
QK- faiz xərci |
- |
- |
Digər faiz xərcləri |
10 647 |
7% |
Qeyri -faiz xərcləri |
||
İnzibati xərclər |
42 954 |
30% |
Əmək haqqı xərcləri |
34 581 |
24% |
Amortizasiya xərcləri |
8 737 |
6% |
Digər qeyri faiz xərcləri |
11 863 |
8% |