"Ziraat Bank Azərbaycan" ASC-nin 2025-ci il üzrə göstəriciləri məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki, faiz gəlirləri 84,4 milyon manata bərabər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 30 milyon manat və ya 55,1% artım deməkdir.
Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Kreditlər üzrə faiz gəlirləri bir ildə 23,1 milyon manat (56,1%) artaraq 64,2 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 76%-ni təşkil edir. Kreditlər üzrə gəlirlərin əsas hissəsi isə digər maliyyə institutlarına verilən kreditlərin payına düşür ki, bu da bir ildə təxminən iki dəfə artaraq 1,5 milyon manatdan 3 milyon manata yaxınlaşıb.
Bankın gəlirlərində artım göstərən digər istiqamət banklardakı depozitlər olub. Bu mənbədən gəlirlər 10,5 milyon manata çatıb ki, bu da illik 1,9 milyon manat (21,7%) artım deməkdir. Həmçinin ödəniş müddətinədək saxlanılan qiymətli kağızlardan gəlirlər də 1,6 milyon manat (74,4%) artaraq 3,7 milyon manat təşkil edib.
Faizli nostro hesablarından əldə etdiyi gəlirlər 295,5 min manata bərabər olub.
"Ziraat Bank Azərbaycan" ASC-nin faiz xərcləri 36,6 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,5 milyon manat və ya iki dəfədən çox artım deməkdir.
Faiz xərclərinin artımında əsas rolu müştəri depozitləri və digər maliyyə institutlarının depozitləri oynayıb. Müştəri depozitlərinə görə ödənilən faizlər bir ildə 12,8 milyon manat (94%) artaraq 26,4 milyon manata yüksəlib. Bu maddə ümumi faiz xərclərinin 72%-ni təşkil edir.
Ən kəskin artım isə digər maliyyə institutlarının depozitlərinə görə xərclərdə qeydə alınıb. Bu xərclər 4,8 milyon manata bərabər olub. Bu illik bir ildə 2,9 milyon manat (2,5 dəfə) artıma bərabər olub.
Bankın digər bankların depozitlərinə görə xərcləri 3,6 milyon manat olub. İl ərzində də 2,1 milyon manat (2,74 dəfə) artım qeydə alınıb.
Xərclərin kəskin artmasına baxmayaraq, faiz gəlirlərinin də yüksəlməsi fonunda xalis faiz gəliri 11,5 milyon manat (31,5%) artaraq 47,8 milyon manata çatıb.
"Ziraat Bank Azərbaycan" ASC-nin qeyri-faiz gəlirləri ötən il 25,5 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 milyon manat və ya 28,1% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin artımında əsas rolu komissiya gəlirləri oynayıb. Digər xidmət növlərindən komissiya gəlirləri bir ildə 4,1 milyon manat (89,5%) artaraq 8,7 milyon manata yüksəlib. Həmçinin hesabların aparılması üzrə xidmətlərdən komissiya gəlirləri də 1,4 milyon manat (17,5%) artaraq 9,3 milyon manata çatıb.
Cari ildə yaranan yeni gəlir mənbəyi isə təsərrüfat cəmiyyətlərində iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan əldə edilən 1,8 milyon manatlıq gəlir olub.
Bankın xarici valyuta əməliyyatlarından xalis gəliri, 6 milyon manata, digər qeyri-faiz gəlirləri isə 6,4 min manata bərabər olub.
"Ziraat Bank Azərbaycan" ASC-nin əməliyyat mənfəəti 44,1 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon manat və ya 36,4% artım deməkdir.
Əməliyyat mənfəətinin artması, gəlirlərin xərcləri daha çox üstələməsi fonunda baş verib. Bankın ümumi qeyri-faiz xərcləri 29,3 milyon manata bərabər olub. Bu bir ildə 5,3 milyon manat (22,1%) artıma bərabər olub.
Bu xərclərin strukturunda ən böyük paya sahib olan əmək haqqı və digər kompensasiya xərcləri 12,4 milyon manat təşkil edib. 2024-cü ilə nəzərən 2,6 milyon manat (26,9%) artım baş verib.
Bununla yanaşı, bankın fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərcləri bir ildə 1,8 milyon manat (31,4%) artaraq 7,7 milyon manat, göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri isə 868 min manat (20,1%) artaraq 5,2 milyon manat təşkil edib.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 14,6 milyon manat vəsait ayrılıb. Bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi 530 min manat (4%) çoxdur.
Nəticədə, vergilər ödənilənədək mənfəət 29,7 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,2 milyon manat (61%) artım deməkdir. Hesabat dövründə 6,4 milyon manat mənfəət vergisi ödənilib.
Beləliklə, "Ziraat Bank Azərbaycan" ASC dövr üzrə xalis mənfəətini 23,3 milyon manata çatdırıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 60,3% artım deməkdir.
"Ziraat Bank Azərbaycan" ASC-nin cəmi aktivləri 2025-ci ildə 1 milyard 367,7 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 446,6 milyon manat və ya 48,5% artım deməkdir.
Aktivlərin artımında əsas rolu kredit portfeli və digər banklardakı depozitlər oynayıb. Müştərilərə verilən ümumi kreditlər bir ildə 237,1 milyon manat (44,8%) artaraq 766,9 milyon manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan ehtiyatlar (15,7 milyon manat) çıxıldıqdan sonra xalis kredit portfeli 751,1 milyon manat təşkil edib ki, bu da illik 230,6 milyon manat (44,3%) artım deməkdir.
Bankın aktivlərində ən kəskin artım isə digər banklarda və maliyyə institutlarında yerləşdirilən depozitlər üzrə qeydə alınıb. Bu depozitlərin həcmi bir ildə 262,9 milyon manat, yəni 3,3 dəfə artaraq 376,1 milyon manata çatıb. Həmçinin qiymətli kağızlar portfeli də 31,8 milyon manat (50,1%) artaraq 95,4 milyon manat olub.
Hesabat ilində Mərkəzi Bankdakı müxbir hesab 25,3 milyon manata, banklara verilən kreditlər 17,1 milyon manat 18,7 milyon manata, nağd vəsaitlər isə 14,4 milyon manat təşkil edib.
"Ziraat Bank Azərbaycan" ASC-nin cəmi öhdəlikləri 1 milyard 207 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 419,5 milyon manat və ya 53,3% artım deməkdir.
Öhdəliklərin artımında əsas rolu depozit portfeli və digər maliyyə institutlarından cəlb edilən vəsaitlər oynayıb. Müştəri depozitləri 682,7 milyon manata bərabər olub. İllik müqayisədə bir ildə 117 milyon manat (20,7%) artım deməkdir. Bu maddə ümumi öhdəliklərin 56,5%-ni təşkil edir.
Depozit portfelinin daxili bölgüsündə ən böyük artım hüquqi şəxslərin depozitləri üzrə qeydə alınıb. Hüquqi şəxslərin tələbli depozitləri 57,2 milyon manat (22,4%) artaraq 312,7 milyon manat, müddətli depozitləri isə 60,7 milyon manat (51,7%) artaraq 178,1 milyon manat olub. Fiziki şəxslərin müddətli depozitləri 152,2 milyon manata bərabər olub.
Bankın öhdəliklərində ən kəskin artım isə digər banklar və maliyyə institutlarındakı depozitlər üzrə baş verib. Bu öhdəliklərin həcmi bir ildə 256,9 milyon manat, yəni 2,6 dəfə artaraq 415,3 milyon manata çatıb. Həmçinin digər maliyyə institutlarından cəlb edilən kreditlər 87,8 milyon manat təşkil edib ki, bu da 2024-cü ilə nəzərən 36,2 milyon manat (70,2%) artım deməkdir.
"Ziraat Bank Azərbaycan" ASC-nin cəmi kapitalı 2025-ci ildə 160,7 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 27,1 milyon manat və ya 20,3% artım deməkdir.
Kapitalın artımında əsas rolu bölüşdürülməmiş mənfəət oynayıb. Bölüşdürülməmis xalis mənfəət bir ildə 23,3 milyon manat (40,3%) artaraq 81 milyon manata yaxınlaşıb. Bu artımın əsas hissəsi bankın kapital ehtiyatları hesabına baş verib. Bu göstərici ötən ilin sonunda 57,7 milyon manat təşkil edib. Bu da bir ildə 14,5 milyon manat (33,6%) artıma bərabərdir.
Bankın ümumi ehtiyatları da bir ildə 3,9 milyon manat (37,6%) artaraq 14,2 milyon manata çatıb. Bu ehtiyatların böyük hissəsi – 11,7 milyon manatı – kreditlər, lizinqlər və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulub.
Xüsusi kapital isə ümumilikdə 23,2 milyon manat (18,8%) artaraq 146,5 milyon manat təşkil edib. Bankın səhmdar kapitalı isə dəyişməyərək 65,5 milyon manat səviyyəsində qalıb.













