Yelo Bank ölkəmizdə, xüsusilə regionlarda uşaq futbolunun inkişafı üçün təşəbbüskar addımlarını davam etdirir. Bankın dəstəyi, Futbolun İnkişaf Fondu və “Şamaxı” Futbol Klubunun birgə təşkilatçılığı ilə növbəti "Yay düşərgəsi" Şamaxıda baş tutdu.
Yelo Bank-dan - 2 DƏQİQƏYƏ KREDİT!
FED.az xəbər verir ki, yeddi gün davam edən düşərgə zamanı məktəblilərə vacib həyat bacarıqları təlimi keçirilib, ətraf-mühitin qorunması, şəxsi gigiyena, yol hərəkəti və yanğın təhlükəsizliyi qaydaları haqda müvafiq sahənin mütəxəssisləri tərəfindən məlumat verilib. Həmçinin, iştirakçılara müasir texnologiyalarla bağlı təlim keçirilib. Bununla yanaşı, uşaqlar Azərbaycan və dünya flora və faunası haqqında məlumat əldə etdikdən sonra Şamaxı Üzüm Tingçilik Mərkəzində müxtəlif meyvələr əkiblər.
Düşərgə zamanı iştirakçılar xüsusi hazırlanmış futbol təlimlərində iştirak ediblər. İştirakçılara futbol qaydaları barədə məlumat vermək üçün peşəkar futbol hakimi dəvət olunub. Düşərgə müddətində uşaqlar üçün Şamaxı Astrofizika Rəsədxanası və Şamaxı Safari Parkına ekskursiyalar təşkil olunub. Düşərgə əyləncə proqramı və iştirakçılara sertifikatların təqdim olunması ilə yekunlaşıb.
Məlumat üçün bildirək ki, bu layihə daha əvvəl Naxçıvanda aztəminatlı ailələrin övladları üçün təşkil olunmuşdu. Yelo Bankın əsas məqsədi uşaq yaşlarından idmana sevgini artırmaq, peşəkar uşaq futbolunun inkişafına dəstək olmaqdır.
Mikro biznes krediti (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!