2024-cü ildə "Yapı Kredi Bank Azərbaycan"ın öhdəlikləri 620,4 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 203,5 milyon manat, başqa sözlə 49% çoxdur.
Depozit portfelinin həcmi 534,7 milyon manat olub ki, onun da 106,8 milyon manatı fiziki, 428 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit protfelində 168 milyon manat (46%), əhalinin depozitlərində isə 16,9 milyon manat (19%), şirkətlərin əmanətlərində 151,3 milyon manat (55%) artım baş verib.