"Yapı Kredi Bank Azərbaycan"ın faiz gəlirləri 2024-cü ilin 12 ayında 46,4 milyon manat təşkil edib.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 10,9 milyon manat və ya 31% artım deməkdir.
Faiz gəlirlərinin böyük hissəsi, yəni 32,3 milyon manatı müştərilərə verilmiş kreditlərdən əldə olunub ki, bu da illik 6,3 milyon manat və ya 24% artıqdır.
Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2 milyon 605 min manat (21,7 dəfə) araraq 2 milyon 731 min manata yüksəlib.
Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 1 milyon 308 min manat (31,4%) artımla 5 milyon 475 min manata çatıb.
"Yapı Kredi Bank Azərbaycan"ın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə təqribən 6 milyon manata bərabər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 644 min manat (12%) artım deməkdir.