Xalq Bank yeni kredit kampaniyasına start verir. Kampaniya şərtlərinə əsasən müştərilər istehlak kreditini müddətdən asılı olmayaraq illik 12 %-lə əldə edə bilərlər.
FED.az xəbər verir ki, kredit zaminliklə 48 ay müddətinə 35 000 manatadək, təminatsız isə 36 ay müddətinə 20 000 manatadək təklif edilir. Müraciətçi sonuncu iş yerində 12 aylıq iş stajına malik olmalıdır.
30 iyun 2024-cü il tarixədək qüvvədə olan kampaniyadan yararlanmaq istəyənlər Xalq Bankın istənilən filialına, Xalq Bank müştəriləri isə həm də XalqOnline mobil tətbiqi üzərindən müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.