2025-ci ilin yekunlarına əsasən, "Unibank" ASC üzrə Unibank kartları ilə nağdsız əməliyyatların həcmi 15 milyard manatı ötüb.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın hesabatına istinadən xəbər verir.
Bu, əvvəlki ilin sonu ilə müqayisədə nağdsız əməliyyatların həcmində ən azı 2,7 milyard manat və ya 21,8% artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin sonunda"Unibank"da nağdsız əməliyyatların ümumi həcmi 12,3 milyard manat təşkil edirdi.











