"Expressbank"ın 2025-ci il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi faiz gəlirləri 82,7 milyon manatı ötüb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,2 milyon manat, yəni 20,8% artım deməkdir.
Gəlirlərin artımında əsas rolu müştərilərə verilən kreditlər üzrə faiz gəlirlərinin yüksəlməsi oynayıb. Bu istiqamətdən əldə edilən gəlirlər illik müqayisədə təxminən 15 milyon manat (23,2%) artaraq 79 milyon manata çatıb.
"Digər faiz gəlirləri" maddəsində də kəskin artım qeydə alınıb. Bu gəlirlər iki dəfədən çox artaraq 115 min manatdan 277 min manata yüksəlib.
Bununla yanaşı, maliyyə təşkilatının digər maliyyə institutlarına verilən kreditlərdən 311,9 min manat və depozitlərdən əldə etdiyi faiz gəlirləri 623,1 min manat təşkil edib.
Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri isə 2,5 milyon manat səviyyəsində demək olar ki, dəyişməz qalıb.
Bankın cəmi faiz xərcləri 29,1 milyon manata bərabər
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 milyon manat, yəni 47,1% artım deməkdir.
Faiz xərclərinin artmasında əsas pay depozitlər üzrə ödənilən faizlərin üzərinə düşür. Bu xərclər ötən ilə nəzərən 8,6 milyon manat (72,4%) artaraq 20,5 milyon manata çatıb. Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısındakı öhdəliklər üzrə faiz xərcləri 4,8 milyon manata bərabər olub. Bu da illik 1,3 milyon manata yaxın (37%) çoxdur.
Bununla yanaşı, maliyyə təşəkilatının pul bazarı alətlərinə ödənilən faizlər 318 min manata bərabər olub..
Gəlirlərin xərclərdən daha sürətlə artması nəticəsində qurumun xalis faiz gəliri də yüksəlib. "Expressbank"ın xalis faiz gəliri ötən ilə nəzərən 4,9 milyon manat (10,1%) artaraq 53,6 milyon manata çatıb.
"Expressbank"ın cəmi qeyri-faiz gəlirləri təxminən 19 milyon manat təşkil edib.
Bundan xarici valyuta əməliyyatlarından və digər gəlirlərdən əldə edilən vəsaitlərin 3,3 milyon manata, digər gəlirləri isə 627 min manata bərabər olub.
Maliyyə qurumunun əsas qeyri-faiz gəlir mənbəyi olan alınan haqq və komissiya gəlirləri isə demək olar ki, dəyişməyərək 15,1 milyon manat səviyyəsində qalıb.
Qeyd edək ki, hər iki dövrdə maliyyə qurumunun qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəliri olmayıb.
"Expressbank"ın 2025-ci ildə cəmi qeyri-faiz xərcləri 53,1 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon manata yaxın, yəni 8,8% artım deməkdir.
Xərclərin artımında əsas pay əmək haqqı və inzibati xərclərin üzərinə düşür. Belə ki, maliyyə təşkilatının əmək haqqı və digər kompensasiya xərcləri ötən ilə nəzərən təxminən 3 milyon manat (12,7%) artaraq 26 milyon manatı ötüb. Ümumi və inzibati xərclər isə 766 min manat (10,2%) artaraq 8,3 milyon manata yaxınlaşıb.
Bütün əsas xərc maddələrində artım olsa da, amortizasiya xərcləri demək olar ki, dəyişməyərək 1,8 milyon manat səviyyəsində qalıb.
"Expressbank"ın əməliyyat mənfəəti isə 19,5 milyon manat təşkil edib.
"Expressbank" maliyyə ilini ümumilikdə 7,3 milyon manat xalis mənfəətlə başa vurub.
Mümkün kredit zərərləri üçün yaradılan məqsədli ehtiyatlar 9,6 milyon manata bərabər olub.
Nəticədə, maliyyə qurumunun vergidən əvvəlki mənfəəti 9,9 milyon manata bərabər olub.
Ödənilən mənfəət vergisi 2,6 milyon manat təşkil edib.
Cari ilin yekunlarına görə, "Expressbank"ın cəmi aktivləri 666,7 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 milyon manata yaxın, yəni 7,5% artım deməkdir.
Aktivlərin artımında əsas rolu müştərilərə verilən kreditlər və investisiya fəaliyyəti oynayıb. Maliyyə qurumunun müştərilərə verilmiş xalis kreditlərinin həcmi il ərzində 43,3 milyon manat (8,8%) artaraq 536,7 milyon manata çatıb. Portfelin tərkibində biznes kreditləri 199, milyon manata bərabər olub. Bu ilik 33,8 milyon manat (20,5%) artım deməkdir. Daşınmaz əmlak kreditləri isə 122,1 milyon manata bərabər olub. Bu da 8,5 milyon manatlıq (7,5%) artıma bərabərdir.
Eyni zamanda, ticarət və investisiya qiymətli kağızları portfeli də 10,9 milyon manat (37,8%) artaraq 39,7 milyon manatı ötüb.
Maliyyə təşkilatının digər maliyyə institutlarındakı depozitlər 6,1 milyon manata bərabər olub.
Bankın cəmi öhdəlikləri hesabat dövründə 540,4 milyon manat təşkil edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 58,9 milyon manat, yəni 12,2% artım deməkdir.
Öhdəliklərin artımında əsas rolu depozit portfelinin və digər öhdəliklərin artması oynayıb. Maliyyə qurumunun depozit portfeli ötən ilə nəzərən 49,3 milyon manat (18,8%) artaraq 311,4 milyon manata çatıb. Portfelin artımı tamamilə fiziki şəxslərin depozitlərinin 57,4 milyon manat (28,4%) artması hesabına baş verib. Hüquqi şəxslərin depozitləri isə 259,7 milyon manata bərbər olub.
Eyni zamanda, qurumun digər öhdəlikləri də kəskin artıb. Bu göstərici illik müqayisədə təxminən iki dəfə (14,3 milyon manat və ya 92,4%) artaraq 29,8 milyon manatı ötüb.
Maliyyə təşkilatının kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri isə 197,5 milyon manata bərabər olub. Bu da 6,5 milyon manat (3,4%) artım deməkdir. Cari vergi öhdəlikləri 1,69 milyon manata bərabər olub.
"Expressbank"ın cəmi kapitalı bu dövrdə 126,4 milyon manat təşkil edib.
Bölüşdürülməmiş mənfəət 7,6 milyon manata bərabər olub.
Bununla yanaşı, ümumi ehtiyatlar cüzi (116 min manat və ya 1,9%) artaraq 6,2 milyon manatı ötüb.
Maliyyə təşkilatının səhmdar kapitalı isə il ərzində dəyişməyərək 112,5 milyon manat səviyyəsində qalıb.













