"Expressbank" ASC Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü münasibətilə Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Mərkəzində müalicə alan uşaqları ziyarət edib.
FED.az xəbər verir ki, ziyarət zamanı Bank nümayəndələri uşaqlarla söhbət edib, onların arzularını bölüşüblər. Xərçənglə mübarizədə qalib tərəf olacaqlarını ifadə edən “Qalib sənsən!” şüarı ilə onlarda ruh yüksəkliyi yaradan çıxışlar ediblər. Həmçinin hər bir uşağa müxtəlif hədiyyələr təqdim olunub.
“Hər zaman ictimaiyyətin yanında və hafizəsində özünəməxsus yer tutmaqla onlar üçün dəyər yaratmaq və bununla dəyər qazanmaq” hədəfi ilə çıxış edən "Expressbank" uşaqlara yönəlik tədbirlərilə gələcəyimizin memarlarını daim diqqətdə saxlayır.
Belə ki, bundan öncə də Bank uşaqların inkişafına və təhsilinə yönəlik bir çox tədbirlər və ianələr həyata keçirib.
"Expressbank" Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və yaxud sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
“Expressbank” Azərbaycan Mərkəzi Bankının verdiyi 30 dekabr 1992-ci il tarixli №119 lisenziya əsasında fəaliyyət göstərir.
Ünvan: Bakı şəhəri Yusif Vəzir Çəmənzəminli küəsi, 134C.
"Expressbank" – İşiniz rahat getsin!