Azərbaycanın aparıcı banklarından olan "AFB Bank" ASC bu ilin ilk rübünün maliyyə hesabatın açıqlayıb.
FED.az xəbər verir ki, «AFB Bank»ın faiz gəlirləri ötən ilin sonuna 5 milyon 725 min manat təşkil edib.
Faiz gəlirlərinin böyük hissəsi – 4 milyon 851min manatı kredit portfelinin qazancıdır. Ötən ilini sonu ilə müqayisədə bu göstərici 548 min manat və ya 13% artıb. Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 361 min manata bərabər olub.
Faiz xərcləri 61 min manat (4%) artaraq 1 milyon 423 min manata yüksəlib.
Bunun da 854 min manatı depozitlər üzrə xərclərdir.
Yekunda "AFB Bank"ın, xalis faiz gəlirləri 4 milyon 302 min manat olub.
Qeyri-faiz gəlirləri 2 milyon 110 min manat, xərcləri isə 5 milyon 324 min manat olub. Xərclər 1 milyon 18 min manat (24%) artıb.
Qeyri-faiz gəlirlərinin 1 milyon 622 min manatı alınan haqq və komissiya gəlirlərinin, 338 min manatı xarici valyutadan gəlirlərin payına düşüb.
Hesabat dövründə "AFB Bank"da əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 820 min manat (59%) artaraq 2 milyon 207 min manata yüksəlib.
Ümumi və inzibati xərclər 1 milyon 280 min manat, amortizasiya xərcləri 477 min manat, digər xərcləri 1 milyon 361 min manat olub.
Əvvəlki illə müqayisədə ümumi və inzibati xərcləri 50 min manat (4%) amortizasiya xərcləri 19 min manat (4%), digər xərcləri isə 129 min manat (10%) artıb.
Bank ötən ili 2 milyon 321 manat xalis mənfəət ilə başa vurub.
Aktivləri 300 milyon manata yaxınlaşıb
"AFB Bank" ötən ilin sonunda 299 milyon 585 min manat cəmi aktivlərə malik olub.
Onun da 30 milyon 822 min manatını nağd pul vəsaitləri, 15 milyon 862 min manatını isə qiymətli kağızlara yatırımlar, 7 milyon manatını banklar və digər maliyyə institutlarındakı depozitlər təşkil edib. Ötən ilin sonu ilə müqayisədə ümumi aktivlər 4 milyon 418 min manat (1%) böyüyüb, qiymətli kağızlara yatırımlar isə dəyişməyib.
Kredit portfeli böyüyüb
Hesabat dövründə "AFB Bank"ın cəmi kredit portfeli 3 milyon 750 min manat və ya 2% artaraq 186 milyon 840 min manatı keçib.
Bank bu dövrdə müştərilərinə 23 milyon 13 min manat istehlak, 93 milyon 932cmin manat biznes, 69cmilyon 896cmin manat ipoteka krediti verib. İstehlak kreditlərinin həcmi 1 milyon 250 min manat (6%), biznes kreditlərinin həcmi isə 3 milyon 876 min manat (4%) artıb.
"AFB Bank"ın bu dövrdə öhdəlikləri 220 milyon 52 min manata, depozitləri 130 milyon 765 min manata, ondan fiziki şəxslərin depozitləri 49 milyon 178 min manata, hüquqi şəxslərin depozitləri isə 81 milyon 587 min manata bərabər olub.
"AFB Bank"ın öhdəlikləri 2 milyon 101 min manat (1%), şirkətlərin depozitləri 8 milyon 712 min manat (12%) böyüyüb.
Balans kapitalı 2 milyon 317 min manat (3%) böyüyərək 79 milyon 533 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 2 milyon 322 min manat (48%) artaraq 7 milyon 147 min manata çatıb.