“AFB Bank” ASC növbəti qiymətli kağızların buraxılışını elan edib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “AFB Bank” ASC borc alınması məqsədilə qiymətli kağızların buraxılışı barədə məlumat yayıb.
Bank bu dəfə bank ümumi məbləği 5 milyn dollar olan dollar istiqrazları emissiya edəcək. İstiqrazların illik gəlir faizi olduqca yüksəkdir – illik 7,8%. İstiqazların 2026-cı ilin sonunda – dekabrında buraxılması və 18 ay dövriyyədə olması planlaşdırılır.
Məlumata görə, sənədsiz və adi istiqrazların buraxılışı qapalı yerləşdirmə üsulu ilə reallaşdırılacaq.
Yerləşdirilmə tarixi 4 dekabr 2026-cı il olaraq göstərilir. Buraxılışa aid ISIN kodu AZ2002008590-dır.
Xatırladaq ki, bu, qısa müddət ərzində AFB Bankın ikinci istiqraz yerləşdirməsidir.
Belə ki, bank 2 ay bundan əvvəl – 2025-ci ilin dekabrında da dollar istiqrazı buraxmışdı. Həmin vaxt Bakı Fond Birjasında «AFB Bank»ın 10 milyon dollarlıq istiqrazları yerləşdirilib. Əvvəlki buraxılışda da istiqrazlar 18 aylıq müddətə buraxılıb və onlar üzrə illik gəlirlilik - faiz dərəcəsi 7 faiz təşkil edib.
«AFB Bank»ın əvvəlki buraxılışla bağlı açıqlamasında bildirilirdi ki, istiqrazların buraxılışında məqsəd - mütəşəkkil kapital bazarından sərbəst vəsaitlərin cəlb edilməsi ilə bankın aktivlərinin və pul vəsaitlərinin resurs bazasının diversifikasiyasının artırılması, eləcə də qiymətli kağızlar bazarının inkişafına töhfə verməkdir.
Xatırladaq ki, «AFB Bank» 2025-ci ili də yüksək mənfəətlə başa vurub. Ötən il Bankın gəlirləri 17,6% artaraq 36,7 milyon manata çatıb və illik yekunda bank 4,26 milyon manat xalis mənfəət əldə edib.












