İyulun 20-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Azərbaycanda 3 bağlanmış bankın əmlakları - HƏRRACA ÇIXARILIR
Fonddan FED.az-a bildirilib ki, daşınmaz əmlak Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 hektar torpaq sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 3 milyon manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.