Azərbaycanın kredit bazarında ipoteka kreditləşməsində müsbət tendensiya davam edir. 2026-cı ilin fevralın 1-nə olan məlumata görə, problemli ipoteka kreditlərinin həcmi 29,1 milyon manata düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalının Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən verdiyi xəbərə görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 14,4% azalma deməkdir. İlin əvvəli ilə müqayisədə isə məbləğ dəyişməyib.
Qeyri-işlək kreditlərin ipoteka portfelindəki payı da əvvəlki ilin eyni dövründəki 0,8%-dən 0,6%-ə enib. İlin əvvəlində də bu göstərici eyni səviyyədə idi.
Müqayisə üçün bildirək ki, problemli ipoteka kreditləri portfeli 2025-ci ilin sonunda 29,1 milyon manat, 2025-ci ilin yanvarın sonuna isə 34 milyon manat səviyyəsində idi.












