FED.az “Premium Bank”ın gəlir mənbələrini təqdim edir.
Ən çox güzəştli kredit verən banklar - MƏLUM OLDU - SİYAHI, MƏBLƏĞLƏR
“Premium Bank” 2025-ci ilin 3-cü rübünü 39 milyon 229 min manat ümumi gəlirlə başa vurub. Bankın gəlir strukturuna nəzər saldıqda, əsas payı ənənəvi istiqamət, kredit portfeli üzrə faiz gəlirləri tutub. Bu mənbədən bank 23 milyon 833 min manat qazanıb və bu, ümumi gəlirin 61%-ni təşkil edib.
İkinci sırada komissiya haqları dayanır, bu istiqamətdən bank 9 milyon 994 min manat gəlir əldə edib. Komissiya haqlarının ümumi gəlirdəki payı 25% olub.
Bundan başqa, digər banklara depozitlərdən gəlirlər ümumi gəlirlərin 6%-i həcmində formalaşıb - 2 milyon 312 min manat.
Daha 1 milyon 761 min manat, başqa sözlə ümumi gəlirlərin 4%-lik hissəsi valyuta əməliyyatlarından qazanılıb.
Az da olsa, digər faiz və qeyri-faiz gəlirləri də bankın gəlir strukturunda yer alıb. Belə ki, 897 min manat digər faiz gəlirlərindən, 31 min manat isə digər qeyri-faiz gəlirlərindən formalaşıb. Bu gəlir mənbələrinin müvafiq olaraq ümumi gəlirlərdəki payı - 2% və 1% təşkil edir.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
23 833 |
61% |
|
QK-a investisiyadan gəlir |
401 |
1% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 312 |
6% |
|
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
|
Komissiya haqları |
9 994 |
25% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
1 761 |
4% |
|
Digər faiz gəlirləri |
897 |
2% |
|
Digər qeyri-faiz gəlirləri |
31 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
39 229 |
100% |













