«Premium Bank» ASC pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan “Premium Bank”ın gəlir mənbələrini təqdim edir.
"Premium Bank"ın əmək haqqı xərcləri 5% artıb
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə nəticələrinə görə “Premium Bank”ın ümumi gəlirləri 37 milyon 668 min manat təşkil edib.Bu göstərici ilə bank ölkə sistemində banklar arasında 16-cı yerdədir .Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 20 milyon 274 min manatı və ya 54%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 10 milyon 743 min manat daxil olub, bu bankın bütün gəlirlərinin 28%-i deməkdir. Daha 2 milyon 922 min manat isə “Premium Bank”ın valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 8%-i. Bununla yanaşı, qeyd edək ki, “Premium Bank” Bakı Hava Limanında valyuta dəyişmə məntəqəsi olan iki bankdan biridir.Bankın başqa banklara depozit yerləşdirməsi banka ümumi gəlirlərinin 8%-i həcmində -2 milyon 959 min manat qazandırıb . Bankın digər faiz və digər qeyri-faiz gəlirləri isə 770 min manat olmuşdur başqa sözlə ümumi gəlirlərin 2%-i.
Bank qiymətli kağızlarla əməliyyatlara demək olar ki, tabu qoyub.
Ümumiyətlə, “Premium Bank”ın gəlirlərinin 65%-i faiz, 35%-i qeyri-faiz gəlirlərindən ibarətdir.Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
20 274 |
54% |
QK-a investisiyadan gəlir |
- |
- |
Digər banklara depozitlərdən gəlirlər |
2 959 |
8% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
10 743 |
28% |
Valyuta əməliyyatlarından gəlirlər |
2 922 |
8% |
Digər faiz gəlirləri |
766 |
1% |
Digər qeyri-faiz gəlirləri |
4 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
24 717 |
100% |