Bugünki məqaləmizi plastik kartlar mövzusuna həsr etməyimizin bir çox səbəbləri vardır. Səbəblərdən ən başlıcası isə plastik kartların bizim həyatımızı yüngülləşdirəcək bir sıra üstünlüklərə malik olmasıdır. Bu üstünlüklərdən bəzilərini aşağıda sadalamışıq:
-
Geniş geolokasiyaya malik olması: Dünyanın 200-dən artıq ölkəsində istifadə imkanı verir.
-
Nağdsız ödənişlərin həyata keçirilməsi: İlk növbədə, plastik kartların köməyilə siz üzərinizdə nəğd pul gəzdirmək zərurətindən azad olursunuz. Nəticədə, sizin işiniz xeyli yüngülləşir.
-
Vaxta qənaət və yüksək təhlükəsizlik: Bütün ödəmələrin çevikliyi və kartın yüksək təhlükəsizliyi təmin edilir.
-
Vəsaitə qənaət vvə nəzarət: Kart hesabı üzrə çıxarışların bankdan və bankomatdan alınması mümkündür. Beləliklə, siz öz xərclərinizə asanlıqla nəzarət edə bilirsiniz.
-
Çoxlu imtiyazlar və imkanlar: Sizə əlverişli tariflər, internet-bank, SMS-xəbərdarlıq, card-to-card kimi və bir sıra digər imkanlar təklif edilir.
-
Yüksək rahatlıq: Xarici səfərlər zamanı kart vasitəsilə rahatlığınızı təmin etmiş olursunuz, pulunuzu itirmək qorxusundan və valyuta mübadiləsi məntəqələri axtarmaq zərurətindən azad olursunuz.
-
Bir sıra kampaniyalar və güzəştlər: Kartlar üzrə xüsusi güzəştlər və ya imtiyazlar təklif edilir, eləcə də bəzi xidmətlər pulsuz (bankdan asılı olaraq) təklif edilir.
-
Aşağı risk: Kart itirilikdə/oğurlandıqda bankla əlaqə saxlayıb kartı bloklaşdıra bilmək, kartı yenisi ilə əvəz etmək və ən əsası vəsaitinizi bir müddət sonra özünüzə geri qaytara bilmək imkanı yaradılır.
-
24/7 prinsipi: İnternetdə onlayn alış-veriş, rezervasiya imkanı; nəğd pul çıxarma və s. bu kimi imkanlara sahib olursunuz.
Bütün bu və digər üstün xüsusiyyətlərinə görə plastik kartlar universal ödəniş vasitələri hesab olunur.
Onlar arasında ən geniş yayılanları və daha çox istifadə olunanları isə Visa Electron/Maestro, Visa Classic/MasterCard Standard, Visa Gold/MasterCard Gold və VisaPlatinum/MasterCard Platinum kartlarıdır. Bunlar barədə qısaca olaraq aşağıdakı cədvəldən tanış ola bilərsiniz. Qeyd edək ki, aşağıda adları çəkilən plastik kartlar kredit və debet kartları olmaqla iki yerə bölünür. Növbəti məqalələrimizdən birində debet və kredit kartları barədə daha ətraflı məlumat verəcəyik.
İndi isə unutmayaq ki, plastik kartların hər birinin növündən asılı olaraq öz özəl xüsusiyyətləri vardır və onların dəyəri, kartı pulsuz almaq üçün fərqli minimal yatırım məbləği, komisyon haqları, təcili hazırlanma məbləği bankdan banka fərqlənir.
1. VisaElectron/Maestro
Kartın dəyəri (AZN) | ||||
1 illik | 2 illik | 3 illik | ||
Əsas kart | 4-12 | 7-20 | 10-30 | |
Əlavə kart | 2-10 | 3-15 | 4-20 | |
Kartın təcili hazırlanması (1 iş günü) | ||||
5-15 | ||||
Kartı pulsuz almaq üçün minimal yatırım məbləği* | ||||
1 illik | 2 illik | 3 illik | ||
20-300 | 100-600 | 100-800 | ||
*Bəzi banklarda minimal yatırım məbləği edib kartı pulsuz əldə etmək olar. | ||||
Komissiya haqqı | ||||
Kart alınan bankın ATM şöbələrində və POS terminallarında | 0-1% | |||
Rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% | |||
Qeyri-rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% | |||
2. VisaClassic/MasterCard Standard
Kartın dəyəri (AZN) | ||||
1 illik | 2 illik | 3 illik | 4 il | |
Əsas kart | 5-30 | 10-40 | 15-50 | 25 |
Əlavə kart | 4-16 | 7-20 | 9-28 | 20 |
Kartın təcili hazırlanması (1 iş günü) | ||||
10 | ||||
Kartı pulsuz almaq üçün minimal yatırım məbləği* | ||||
1 illik | 2 illik | 3 illik | ||
100-1000 | 200-1500 | 200-2000 | ||
*Bəzi banklarda minimal yatırım məbləği edib kartı pulsuz əldə etmək olar. | ||||
Komissiya haqqı | ||||
Kart alınan bankın ATM şöbələrində və POS terminallarında | 1% | |||
Rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% | |||
Qeyri-rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% |
3. VisaGold/MasterCard Gold
Kartın dəyəri (AZN) | ||||
1 illik | 2 illik | 3 illik | 4 il | |
Əsas kart | 25-70 | 35-80 | 45-100 | 50 |
Əlavə kart | 15-30 | 15-40 | 30-50 | 35 |
Kartı pulsuz almaq üçün minimal yatırım məbləği* | ||||
1 illik | 2 illik | 3 illik | ||
100-2000 | 500-3000 | 1500-4000 | ||
*Bəzi banklarda minimal yatırım məbləği edib kartı pulsuz əldə etmək olar. | ||||
Komissiya haqqı | ||||
Kart alınan bankın ATM şöbələrində və POS terminallarında | 1% | |||
Rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% | |||
Qeyri-rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% |
4. VisaPlatinum/MasterCard Platinum
Kartın dəyəri (AZN) | ||||
1 illik | 2 illik | 3 illik | 4 il | |
Əsas kart | 50-160 | 50-220 | 70-280 | 160 |
Əlavə kart | 25-80 | 38-120 | 50-160 | 140 |
Kartın təcili hazırlanması (1 iş günü) | ||||
10-15 | ||||
Kartı pulsuz almaq üçün minimal yatırım məbləği* | ||||
1 illik | 2 illik | 3 illik | ||
1000-5000 | 6000-10000 | 10000-18000 | ||
*Bəzi banklarda minimal yatırım məbləği edib kartı pulsuz əldə etmək olar. | ||||
Komissiya haqqı | ||||
Kart alınan bankın ATM şöbələrində və POS terminallarında | 1% | |||
Rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% | |||
Qeyri-rezident bankların ATM şöbələrində və POS terminallarında | 1.5% |
Siz plastik kartlarınızı AZN, avro, dollar və Britaniya funtu valyutalarından birində açdıra bilərsiniz.
Plastik kartların sifariş üsulu da çox asandır. Bunun üçün sadəcə istədiyiniz bank filialına yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim etməli və seçdiyiniz karta görə müəyyənləşdirilmiş ödənişi etməlisiniz. Daha sonra qısa müddət içərisində istədiyiniz kartı əldə edə bilərsiniz.
Plastik kartlar barədə daha ətraflı məlumat əldə etmək üçün seçdiyiniz bankın rəsmi internet səhifəsinə daxil ola, banka zəng edə və ya yaxınlaşa bilərsiniz.
Qeyd edək ki, yuxarıda adıçəkilən plastik kartlar fiziki şəxslər üçün nəzərdə tutulur.
Faydalı məlumat: İlk plastik bank kartlarının təməli 1946-cı ildə Con Biqqinson tərəfindən qoyulmuşdu. Habelə, VISA adı ilə tanınan kartlar məhz 1976-cı ildə, MasterCard adı ilə tanınalar isə 1980 –ci ildə meydana gəldi. Xatırladaq ki, onların sələfləri məhz ABŞ-da yaradılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.