Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank»ın təhlükəli və problemli kreditlərinin məbləği açıqlanıb.
«Paşa Bank»ın problemli kreditləri - 111 MİLYON MANATDAN ARTIQDIR
Bankdakı qeyri-standart kreditlərin həcmi isə daha artıqdır.
Hesabatda deyilir ki, 2023-cü ilin 4-cü rübünün sonuna bankın qeyri-standart
kreditlərinin həcmi 167,9 milyon manat olub. Bu bankın ümumi kredit potfelinin 5,7%-ni təşkil edir.
Qeyri-standart kreditlərin təqribən 86 milyon manatı qeyri-qənaətbəxş kreditlərdir. Bankdakı təhlükəli kreditlər 25,8 milyon manat təşkil edir.
2023-cü ilin sonuna bankın ümidsiz kreditləri isə 56,2 milyon manatdır - bu bankdakı ümumi kredit portfelinin 1,9%-i deməkdir.
2022-ci ilin sonu ilə müqayisədə bankdakı təhlükəli kreditlərin məbləği 7,2 milyon manat və ya 39% artıb. Belə ki, 2022-ci ilin sonuna bankın təhlükəli kreditləri 18,6 milyon manat olmuşdu.
«Paşa Bank»ın ümidsiz kreditləri isə son bir ildə 3,5 dəfə artıb. Belə ki, 2022-ci ilin sonuna bankın təhlükəli kreditləri 16,4 milyon manat olmuşdu.
Xatırladaq ki, 2022-ci ildə bankın qeyri-standart kreditləri 174 milyon manat idi. Bundan qeyri-qənaətbəxş kreditlər 139 milyon manat olub.