2025-ci ildə gəlirlərini artıran banklardan biri də “Paşa Bank” olub.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az Azərbaycanın ən böyük banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini araşdırıb.
Ötən il «Paşa Bank»ın ümumi gəlirləri 803 milyon 377 min manat olub. Bu 2024-cü illə müqayisədə 80 milyon manat və ya 11,5% artıqdır.
«Paşa Bank» bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 301 milyon 608 min manatı və ya ümumi gəlirlərin 37%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb. Bu sahədən gəlirlər 2024-cü illə müqayisədə 36 milyon manat və ya 13,7% çox olub.
Komissiya haqlarından isə 173 milyon 730 min manat daxil olub. “Paşa Bank” bu göstəriciyə görə, ölkədə «ABB» və «Kapitalbank»dan geri qalıb. Komissiya haqlarından daxilolmalar ümumi gəlirlərin 21%-ini təşkil edib və bir ildə 6,2% artıb.
Banka daha 43 milyon 323 min manat isə valyuta əməliyyatlarından daxil olub – bu, ümumi gəlirlərin 5%-ini təşkil edib. Bu gəlirlər də bir il əvvələ nisbətən 8% çoxalıb.
Bank ötən il ərzində qiymətli kağızlardan 114 milyon 530 min manatdan artıq gəlir əldə edib. Bankın bütün gəlirlərinin 14%-i qiymətli kağız bazarından daxil olub. Ümumiyyətlə “Paşa Bank” ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir. Qiymətli kağızlardan gəlirlər bir ildə 9,5% azalıb.
Ümumi gəlirlərin təqribən 12%-i və ya 125 milyon manatdan çoxu bankın başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub. Bunlar da müvafiq olaraq 52,5% və 35,4% artım göstərib.
Bütün bunlardan başqa, bankın 50 milyon manata yaxın digər faiz və qeyri-faiz gəlirləri də olub. Faiz və qeyri-faiz gəlirləri ümumi gəlirlərin 7%-ini tutub. Faiz gəlirləri bir il əvvələ nəzərən 3,2 dəfə azalsa da, digər qeyri-faiz gəlirləri 2,7% artıb.
2024-2025-ci illər ərzində “Paşa Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
265 164 |
36% |
301 608 |
37% |
13,70% |
|
QK-a investisiyadan gəlir |
126 526 |
18% |
114 530 |
14% |
-9,50% |
|
Digər banklara depozitlərdən gəlirlər |
63 403 |
9% |
96 711 |
12% |
52,50% |
|
Digər banklara kreditlərdən gəlirlər |
21 096 |
3% |
28 571 |
4% |
35,40% |
|
Komissiya haqları |
163 588 |
22% |
173 730 |
21% |
6,20% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
40 132 |
5% |
43 323 |
5% |
8% |
|
Digər faiz gəlirləri |
1 814 |
1% |
563 |
1% |
3,2 dəfə |
|
Digər qeyri-faiz gəlirləri |
47 987 |
6% |
49 269 |
6% |
2,70% |
|
|
|||||
|
Cəmi gəlirlər |
720 710 |
100% |
803 377 |
100% |
11,50% |












