09.06.2025-ci il tarixində saat 11:00-da “Para” Bank Olmayan Kredit Təşkilatı ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq BOKT–un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 60 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Para” BOKT ASC-nin Müşahidə Şurasının yeni tərkibinin seçilməsi, İdarə Heyətinin üzvü Hüseynov Rəcəb Məmməd oğlunun İdarə Heyəti üzvlüyündən çıxarılması, İdarə Heyətinin yeni üzvünün müəyyən edilməsi və 2024-cü il Maliyyə Hesabatının təsdiqi daxildir.