Hüquqi şəxs və fərdi sahibkarların istifadəsində olan Birbank Biznes-də qeydiyyat prosesi asanlaşdırıldı.
FED.az xəbər verir ki, ölkədə ilk dəfə olaraq fərdi sahibkarlar biznes hesab açmaq üçün yeni “Üz identifikasiyası vasitəsilə qeydiyyat” funksiyasından yararlana bilərlər.
Bu yenilik sayəsində Birbank Biznes-də hesab açmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadan şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, “Asan İmza” ilə müqavilə və özünü qiymətləndirmə anketini təsdiqləyərək qeydiyyatı video üz tanıma ilə tamamlamaq kifayətdir. Bütün proses ortalama 3 dəqiqə vaxt aparır və biznes sahiblərinə filiala yaxınlaşmadan daha sürətli şəkildə Birbank Biznes-də qeydiyyatdan keçməyə, vaxta qənaət etməyə imkan verir.
Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:
- Biznes bank hesablarının açılması
- Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
- Nağdsız ödənişlər
- Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
- POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
- Cari və kart hesabından QR-nağdlaşdırma
- Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
- Biznes krediti və bank qarantiyaları
- Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri
- Özəl tarif paketləri və s.
Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.
Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.