Azərbaycanda öhdəlikləri ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların öhdəliklərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 2,2 dəfə olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın öhdəlikləri 1 milyard 56,5 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 51,5% və ya 267,9 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Öhdəliklərini 48,8% və ya 203,5 milyon manat artıran "Yapı Kredi Bank Azərbaycan" üçüncüdür.
"Bank VTB Azərbaycan"ın öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 37,3% və ya 59,3 milyon manat dəyərində artıb.
"Kapital Bank"ın öhdəliklərində 34,8% və ya 2 milyard 696 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 11,9% (51,1 milyon manat) artımla "Expressbank" yer alıb.
İlk onluqda digər 4 bank "Bank Avrasiya" (12,2 milyon manat və ya 11,8%), "Unibank" (150,9 milyon manat və ya 10,5%), "Bank of Baku" (46,7 milyon manat və ya 6,44%) və "AccessBank" (49 milyon manat və ya 3,9%) olub.