Bankların təklif etdikləri əmanət növlərini əsas xarakterlərinə görə 2 əsas qrupa bölmək olar. Bunlardan birincisi müddətli əmanətlər, ikincisi isə yığım əmanətləridir.
FED.az xəbər verir ki, müştərilərə geniş çeşiddə əmanət təklif edən Banklar adətən öz əmanət məhsullarını əmanətin xarakteristikasına uyğun olaraq adlandırılar. Məsələn, müddətli əmanətlər bir çox hallarda “standart”, “klassik” və s., yığım əmanətləri isə “proqressiv”, “sandıqça”, “mücrü” və s.olaraq adlandırılır. Müddətli və yığım əmanətləri arasında əsas fərq isə əmanətin artım imkanının olub-olmamasında ibarətdir. Adından da göründüyü kimi, yığım tipli əmanətlərdə əmanət müddəti ərzində məbləğin artırılmasına müəyyən şərtlər və tələblər daxilində icazə verilir, müddətli əmanətlər də isə əmanətçinin belə bir imkanı olmur. Müqayisə üçün deyək ki, demək olar ki bütün hallarda bir bankın təklif etdiyi müddətli və yığım tipli əmanətlərin cəlbetmə faiz dərəcələri arasında fərqlər olur. Belə ki, yığım əmanətlərinin cəlbetmə faizləri müddətli əmanətlərə nisbətdə daha aşağı olur.
Son dövrlərdə, xüsusilə ölkədə baş vermiş devalvasiyalardan sonra bəzi banklar əmanət məhsullarına yeni bir tip əlavə etdi. “Sərbəst” tipli əmanətlərin yaradılmasında əsas məqsəd müştərilərin öz əmanətlərini Bankdan geri çəkməməyə sövq etmək və əmanət yerləşdirməkdə ehtiyatlanan müştəriləri banka cəlb etmək idi. Bildiyimiz kimi, banklar və müştərilər arasında bağlanmış əmanət müqavilələrində əmanətin vaxtından əvvəl çıxarılması hallarında müştəriyə bəzi cərimələr tətbiq edilir. Misal üçün, Siz banka 12 aylıq əmanət yerləşdirir və müddətin 9-cu ayında əmanəti geri götürürsüzsə 9 aylıq dövr ərzində Bankın Sizə ödədidiyi faizlərin bir hissəsini cərimə olaraq banka geri qaytarmalı olacaqsınız. “Sərbəst” tipli əmanətlərin əsas özəlliyi bu cərimələrin tətbiq edilməməsidir. Adından da göründüyü kimi, bu əmanətlər müştərilərə öz vəsaitlərini idarə etmək üçün sərbəstlik verir. Müştəri istənilən vaxt öz əmanətini artıra , əmanətin minimal məbləği həddinədək azalda , həmçinin hesabından geri çəkə bilər. “Sərbəst” tipli əmanətləri “yığım” əmanətlərinin alt qrupu kimi təsnifləşdirmək də mümkündür.
Qeyd edək ki, bu növ əmanətlərdə cəlbetmə faiz dərəcələri hətta yığım əmanətlərindən belə aşağı olur. Bankın müştəriyə verdiyi maksimum sərbəstlik müqabilində faizlərin aşağı olması başadüşüləndir...
Əmanət / Bank | Valyuta | Minimal məbləğ | Müddət | Faizlərin ödənilməsi | Cəlbetmə faizi | Artım imkanı |
Əlverişli əmanət
(AccessBank) |
AZN/USD/EUR | 1.000 AZN/USD/EUR | Müddətsiz | Aylıq | AZN-6%
USD-1% EUR-0,5% |
Var |
Sərbəst Əmanət
Bank VTB |
AZN/USD/RUB | 50 AZN/USD/
5000 RUB |
12 ay | Müddətin sonu | AZN-2%
USD-0.2% RUB-0,2% |
Var |
Müddətsiz
Kapital Bank |
AZN/USD | 100 AZN/USD | 12 ay | Müddətin sonu | AZN-1%
USD-0.1% |
Var |
Tələbli
NBC Bank |
AZN/USD/EUR | 200 AZN/USD | Müddətsiz | İstənilən vaxt | AZN-4%
USD-1% EUR-1% |
Var |
Kartmane
Rabitə Bank |
AZN/USD | 100 AZN/USD | 24 ay | İstənilən vaxt | *AZN: 2% – 6%
*USD: 0.5% – 1% |
Var |
Proqressiv
Unibank |
AZN | 200 AZN | 12 ay | İstənilən vaxt | **1% – 5% | Yoxdur |
* Kartmane (Rabitabank) məhsulunda əmanətin hesabda qalma müddəti artdıqca illik faiz dərəcəsi də artır.
** Proqressiv (Unibank) məhsulunda əmanətin hesabda qalma müddəti artdıqca illik faiz dərəcəsi də artır və bu əmanət yeganə “sərbəst” tipli əmanətdir ki, artım imkanı verilmir.