Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli (maliyyə institutları istisna olmaqla) 36 milyard 587,8 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, illik müqayisədə 528,9 milyon manat (1,5%) çoxdur, lakin ötən ilin sonuna nəzərən 1 milyard 108,8 milyon manat (2,9%), aylıq müqayisədə isə 30 milyon manat (0,1%) azdır.
Portfelin xarici valyuta hissəsi (14 milyard 503,1 milyon manat) illik 476,2 milyon manat (3,4%) artsa da, ilin əvvəlindən 356,1 milyon manat (2.4%) və son bir aydan 167,7 milyon manat (1.1%) azalıb.
Fiziki şəxslərin depozitləri 15 milyard 377,0 milyon manata çatıb. Bu, illik 1 milyard 527,9 milyon manat (11,0%), ilin əvvəlinə nəzərən 1 milyard 77,9 milyon manat (7,5%), aylıq isə 291,0 milyon manat (1,9%) artım deməkdir. Bu depozitlərin xarici valyuta hissəsi (4 milyard 972,2 milyon manat) illik 186,2 milyon manat (3,9%), ilin əvvəlinə nəzərən 73,2 milyon manat (1,5%) və aylıq 35,7 milyon manat (0,7%) artıb.
Hüquqi şəxslərin depozitləri isə 21 milyard 210,9 milyon manat olub. Bu göstərici illik müqayisədə 998,9 milyon manat (4,5%), ötən ilin sonuna nəzərən 2 milyard 186,6 milyon manat (9,3%), aylıq müqayisədə 220,9 milyon manat (1,0%) azalıb. Bu depozitlərin xarici valyuta hissəsi (9 milyard 531,0 milyon manat) illik 290,1 milyon manat (3,1%) artsa da, ilin əvvəlindən 283,0 milyon manat (2.9%) və son bir aydan 203,3 milyon manat (2.1%) azalıb.
Maliyyə institutlarının depozitlərində bütün dövrlər üzrə artım qeydə alınıb və bu göstərici 2 milyard 119,7 milyon manata çatıb. Bu, illik 581,3 milyon manat (37,8%), ilin əvvəlinə nəzərən 460,6 milyon manat (27,8%), aylıq müqayisədə isə 198,5 milyon manat (10,3%) artımdır.














