“PAŞA Bank” ASC tərəfindən “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərinin pozulmasına yol verildiyi müəyyən edilib.
Mərkəzi Bank daha bir BOKT-un vəzifəli şəxsini cərimələyib
FED.az bu barədə Azərbaycan Mərkəzi bankına istinadən xəbər verir.
Bu səbəbdən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə əsasən və İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq bankın vəzifəli şəxsi 2 000 manat məbləğində inzibati qaydada cərimə olunub.
Qeyd olunur ki, hesabatlıq forması üzrə aşkar edilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.














