Azərbaycanın bank sektorunda təmərküzləşmə meylləri müşahidə edilir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hazırladığı Maliyyə Sabitliyi Hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, Azərbaycanın bank sistemində təmərküzləşmə səviyyəsi aşağı və orta təmərküzləşmə sərhədindədir.
AMB bu qeydində təmərküzləşmənin qiymətləndirilməsi üçün beynəlxalq təcrübədə geniş tətbiq olunan Herfindahl-Hirschman İndeksi - HHİ3-yə əsaslanır.
Həmin indeksi tətbiq edəndə bank sistemində aşağı və orta səviyyəli təmərküzləşməni göstərir. Bunun səbəbi sektorda xırda və orta həcmli bankların sayının çox olmasıdır. Belə ki, kredit portfeli, depozit portfeli və aktivlərin sistem üzrə payına görə HHİ müvafiq olaraq 1015, 1805 və 1576 təşkil edir. Bu da kredit portfeli üzrə sektorun aşağı səviyyədə, aktivlər üzrə sektorun orta səviyyədə təmərküzləşmə (1500>) sərhədi ətrafında, depozit portfeli üzrə isə orta səviyyədə təmərküzləşmənin olduğunu göstərir.
Başqa sözlə, sözügedən indeksə əsaslansaq, ölkənin bank sektorunda vəsaitlərin ən çox konsentrasiyası özünü depozit porfelinin vəziyyətində göstərir – göstərici 1805-dir.
Aktivlər üzrə təmərküzləşmə səviyyəsi 1576-dır – bu orta səviyyəli təmərkəzüləşməyə aiddir.
Kredit portfelində isə təmərküzləşmə aşağı səviyyədədir – 1015.
3 HHİ indeksi beynəlxalq təcrübədə bazarlarda rəqabətliliyin səviyyəsi və təmərküzləşməni qiymətləndirmək üçün istifadə olunur. Amerika Birləşmiş Ştatların Ədliyyə departamentinin təcrübəsinə əsasən bu indeks əsasında bazarlar 3 hissəyə ayrılır: aşağı səviyyədə təmərküzləşmiş bazarlar (HHİ<HHİ2500). HHIın dəyəri 0-10000 arasında dəyişə bilər.
Qeyd edək ki, bank sektorunda təmərküzləşmənin əlamətləri bankların xalis mənfəətində, gəlirlərində, eləcə də faiz və qeyri-faiz gəlirlərində də hiss olunur.