Azərbaycan Mərkəzi Bankı yerli kommersiya banklarının kapital və onun adekvatlığının hesablanması ilə bağlı qaydada bir sıra dəyişiklər edib.
Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var
FED.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov sənədə imza atıb. Dəyişiklik 2020-ci il 24 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” ilə bağlıdır.
Dəyişiklər bunlardır:
- 2.1.11-ci yarımbənddən “faiz və ya əsas borc” sözləri “əsas borc və ya əsas borc üzrə faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlər” sözləri ilə əlavə edilsin;
- 2.1.18-ci yarımbəndə “kredit” sözündən sonra “, habelə kənd təsəsrrüfatı kreditləri” sözləri əlavə edilsin;
- 2.1.22-ci və 2.1.23-cü yarımbəndlər ləğv edilsin;
- 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. Bu Qaydada istifadə edilən digər anlayışlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu və həmin Qanundan irəli gələn normativ xarakterli aktlar ilə müəyyən edilmiş mənaları ifadə edir.”;
- 9.3.1.7-ci yarımbənd ləğv edilsin;
- 9.3.1.9-cu yarımbənddə ikinci halda “dövlət” sözündən sonra “və Mərkəzi Bankın” sözləri əlavə edilsin və həmin yarımbənddə “kağızlarla” sözü “kağızlar ilə” sözləri ilə əvəz edilsin;
- 9.3.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“9.3.2.8. dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların və digər ixtisaslaşmış dövlət qurumlarının zəmanəti ilə manatla verilmiş biznes, o cümlədən kənd təsərrüfatı kreditlərinin qeyd-şərtsiz təmin edilmiş hissəsi;”;
- 9.3.2.9-cu yarımbənd ləğv edilsin;
- 9.3.3.2-ci və 9.3.4.10-cu yarımbəndlərdə “aktivlər” sözü “tələblər” sözü ilə əvəz edilsin;
- 9.3.4.8-ci yarımbəndə “biznes” sözündən sonra “, o cümlədən kənd təsərrüfatı” sözləri əlavə edilsin;
- 9.3.5.1-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.5.2-ci yarımbənd əlavə edilsin:
“9.3.5.2. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən mikro sahibkarlara milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.”;
- 9.3.6.5-ci və 9.3.6.6-cı yarımbəndlər ləğv edilsin;
- 9.3.6.8-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.3.6.9-cu yarımbənd əlavə edilsin:
“9.3.6.9. 20 (iyirmi) faizli risk qruplarına aid edilməyən ailə kəndli təsərrüfatına milli valyutada verilmiş kənd təsərrüfatı kreditləri.”;
- 12.5-ci bəndə “borcları” sözündən sonra “və (və ya) müqavilədə göstərilən digər ödənişlər” sözləri əlavə edilsin;
- Qaydaya 1 nömrəli Əlavəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Kredit müqaviləsində faizlərin əvəzinə digər ödənişlər nəzərdə tutulduqda, orta faiz dərəcəsinin hesablanmasında həmin ödənişlərin cəmi nəzərə alınır.”.