“Bank BTB” ASC 2017-ci ilin 9 ayını 162 min manat xalis mənfəətlə başa vurub. Lakin bu xalis mənfəət, bankın builki əməliyyat fəaliyyətinin nəticəsi deyil.
Bankın maliyyə göstəricilərinə əsasən, cari ilin yanvar-sentyabr ayları ərzində cəmi gəlirlər 11 milyon 73 min manat, o cümlədən faiz gəlirləri 10 milyon 157 min manat, qeyri-faiz gəlirləri 916 min manat təşkil edib. 9 ayda Bankın cəmi xərcləri isə 15 milyon 806 min manat olub. Nəticədə Bank, 9 ayı 4 milyon 733 min manat zərər ilə başa vurub. Bank Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın 4 milyon 895 min manatını azad edib. Nəticədə, əməliyyat zərəri bağlanıb və “Bank BTB” 9 ayı 162 min manat xalis mənfəətlə başa vurub.
“Bank BTB” ASC 2016-cı ilin 9 ayında 5 milyon 640 min manat cəmi gəlir əldə etmiş, 3 milyon 856 milyon manat xərc çəkmiş və 1 milyon 784 min manat əməliyyat mənfəəti əldə etmişdi. Lakin ehtiyatlara 3 milyon 747 min manat ayırdığı üçün, ötən ilin 9 ayını 1 milyon 963 min manat zərər ilə başa vurmuşdu.
Müqayisə olunan dövrdə, “Bank BTB”-nin müştərilərə verdiyi kreditlər üzrə faiz gəlirləri 3 milyon 930 min manatdan 9 milyon 664 min manata qaxıb. Qeyri-faiz gəlirləri isə 1 milyon 664 min manatdan 916 min manata düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə bu il Bankın xərcləri (faizlər üzrə, inzibati və digər xərclər) kəskin artıb və faiz gəlirlərindəki artımı silib. Bank xərclərin artmasını şərh etməyib.
“Bank BTB” ASC 30 Sentyabr 2017-ci il tarixində 249 milyon 315 min manat cəmi aktivlərə, 210 milyon 364 min manat cəmi öhdəliklərə və 38 milyon 950 min manat cəmi balans kapitalına malik olub.
Bank ötən ilin sonunda 241 milyon 508 min manat cəmi aktivlərə, 202 milyon 886 min manat cəmi öhdəliklərə və 38 milyon 622 min manat cəmi balans kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər ötən ilin sonundakı 144 milyon manatdan 124 milyon 153 min manata düşüb.
Bankın “Kapital vəsaitləri” hesabatında da göstərilir ki, “Bank BTB” cari ilin 9 ayı ərzində 162 min manat mənfəət əldə edib. Əvvəlki illərdən 14 milyon 756,61 min manat zərər yığılıb. “Bank BTB” 14 milyon 451,7 milyon manat subordinasiya borc hesabına kapitalının minimum tələbdən aşağı düşməsinin qarşısını alıb. 30 Sentyabr 2017-ci il tarixində Bankın məcmu kapitalı 53 milyon 95 min manata bərabər olub.
“Bank BTB” Mərkəzi Banka 31 milyon 360 min manat, maliyyə institutlarına isə 76 milyon 325 min manat borcludur.
“Bank BTB”də müştərilərin 52 milyon 188 min manat müddətli əmanəti, maliyyə institutlarının isə 17 milyon manat depozitləri var. Buna qarşı, müxbir hesablarda 36 milyon 786 min manat yığılıb, nağd vəsaitlər isə 16 milyon manatdan çox olub.
A. AKTİVLƏR |
||
|
|
|
No. |
Aktivlərin maddələri |
Cəmi |
1 |
Nağd vəsaitlər |
16 052 |
2 |
Müxbir hesablar |
36 786 |
3 |
Maliyyə institutlarına yerləşdirilmiş depozitlər |
6 415 |
4 |
Qiymətli kağızlar |
6 134 |
5 |
Maliyyə institutlarına verilmiş kreditlər |
7 672 |
6 |
Müştərilərə verilmiş kreditlər |
124 153 |
7 |
Əsas vəsaitlər və qeyri-maddi aktivlər |
49 206 |
8 |
Digər aktivlər |
2 897 |
9 |
Cəmi aktivlər |
249 315 |
|
|
|
|
B. ÖHDƏLİKLƏR |
|
|
|
|
No. |
Öhdəliklərin maddələri |
Cəmi |
1 |
Müştərilərin tələbli depozitləri |
17 125 |
2 |
Müştərilərin müddətli depozitləri |
52 188 |
3 |
Mərkəzi Bankın tələbləri |
31 360 |
4 |
Banklararası bazarın qısamüddətli maliyyə alətləri |
0 |
5 |
Digər maliyyə institutlarının depozitləri |
17 089 |
6 |
Digər maliyyə institutlarının kreditləri |
76 325 |
7 |
Bank tərəfindən buraxılmış qiymətli kağızlar |
0 |
8 |
Digər öhdəliklər |
16 278 |
9 |
Cəmi öhdəliklər |
210 364 |
|
|
|
|
C. KAPİTAL |
|
|
|
|
No. |
Kapitalın maddələri |
Cəmi |
1 |
Xüsusi kapital |
37 406 |
2 |
Ümumi ehtiyatlar |
1 545 |
3 |
Cəmi kapital |
38 950 |
4 |
Cəmi öhdəliklər və kapital |
249 315 |
Mənfəət və zərər maddələri |
2017-ci il 9 ay üzrə |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi |
10 157 |
a) müştərilə kreditlər üzrə faizlər |
9 664 |
c) maliyyə institutlarına kreditlər üzrə faizlər |
373 |
k) digər faiz gəliri növləri |
121 |
2. Faizlər və onlara bağlı xərclər, cəmi |
7 008 |
a) müştərilərin depozitlər üzrə faizlər |
2 754 |
b) AMB-nin kreditləri üzrə faizlər |
792 |
c) digər faiz xərci növləri |
3 463 |
3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2) |
3 149 |
4. Qeyri-faiz gəlirləri, cəmi |
916 |
a) hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri |
1 261 |
c) digər xidmət növlərindən komisyon gəliri |
-345 |
5. Qeyri-faiz xərcləri, cəmi |
8 798 |
a) göstərlimiş xidmətlər üzrə haqq və komissiya xərcləri |
166 |
b) inzibati xərclər |
8 632 |
6. Əməliyyat mənfəəti (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5) |
-4 733 |
7.Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi |
-4 895 |
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7) |
162 |
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xırc), cəmi |
0 |
10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çıx) sətir 9) |
162 |
11. Mənfəətdən vergilər |
0 |
12. Xalis mənfəət (zərər) (sətir 10 çıx sətir 11) |
162 |
A. KAPİTAL VƏSAİTLƏRİ |
0 |
||
1 |
2 |
||
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır) |
A1 |
37243,39 |
|
a) Adi səhmlər (tam ödənilmiş paylar) |
A1a |
52000 |
|
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər |
A1b |
|
|
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait |
A1c |
|
|
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi |
A1d |
-14756,61 |
|
d1) əvvəlki illərin mənfəəti (zərəri) |
A1d1 |
-14756,61 |
|
d2) (çıx) cari ilin zərəri |
A1d2 |
0 |
|
d3) kapital ehtiyatları (fondları) |
A1d3 |
0 |
|
e) Digər |
|
A1e |
|
2. I dərəcəli kapitaldan tutulmalar |
A2 |
306,1 |
|
a) Qeyri-maddi aktivlər |
A2a |
306,1 |
|
b) Təxirə salınmış vergi aktivləri |
A2b |
|
|
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2) |
A3 |
36937,29 |
|
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır) |
A4 |
16158,699 |
|
a) Cari ilin mənfəəti |
A4a |
162,13499 |
|
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla) |
A4b |
1544,86401 |
|
c) Kapitalın digər komponentləri |
A4c |
14451,7 |
|
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər |
A4c1 |
|
|
c2) subordinasiya borc öhdəlikləri |
A4c2 |
14451,7 |
|
d) Digər vəsaitlər |
A4d |
|
|
5. Məcmu kapital (3+4) |
A5 |
53095,989 |
|
6. Məcmu kapitaldan tutulmalar : |
A6 |
0 |
|
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis) |
A6a |
0 |
|
b) Bütün digər investisiyalar (xalis) |
A6b |
0 |
|
7. Tutulmalardan sonra məcmu kapital (5-6) |
A7 |
53095,989 |
|
8. Risk dərəcəsi üzrə ölçülmuş yekun aktivlər (cədvəl A15, E sətirindən) |
A8 |
169897,6945 |
|
faizlə |
|||
0 |
Norma |
Fakt |
|
1 |
2 |
3 |
|
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100 |
A9 |
5% |
21,18 |
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100 |
A10 |
10% |
30,76 |
Marja©