«Premium Bank»ın idarə heyətinin keçmiş sədri Kamil Lətifov yeni vəzifəyə təyin edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, K.Lətifov ölkənin aparıcı qeyri-bank kredit təşkilatlarından olan BOKT «İnternational» ASC-nin idarə heyətinə üzv və idarə heyəti sədrinin müavini, Baş Risk Direktoru təyin edilib.
Xatırladaq ki, Kamil Lətifov «Premium Bank»ı 3 ay əvvəl, 2025-ci ilin noyabrında tərk edib, o banka 2024-cü ilin yanvarından rəhbərlik edirdi.
Kamil Lətifovdan başqa, BOKT «İnternational»ın idarə heyətində Leyla Cabbarova da yer alır. BOKT-un idarə heyətinin sədri isə Nicat Həsənovdur.











