«Kapital Bank» müştərilərə təklif etdiyi “Kapital Depoziti” üzrə faiz dərəcələrini artırıb.
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə əmanət faizlərində artımlar gözə çarpır.
Bankın əvvəlki ayda açıqladığı “Kapital Depoziti” məhsulunda manat əmanətində faizlər aylıq ödənildiyi təqdirdə 12 aylıq əmanətlər üçün 8%, 18 aylıq əmanətlər üçün 8%, 24 aylıq əmanətlər üçün 7% və 36 aylıq əmanətlər üçün 7,5% müəyyən edilmişdi. Yanvar ayında isə bu göstəricilərdə artımlar var, yalnız 12 və 36 aylıq əmanətlər üzrə faiz dəyişməz olaraq qalıb. Belə ki, 18 aylıq əmanətlərdə faiz göstəricisi 6,5%-dən 8%-ə, 24 aylıq əmanətlərdə isə faiz göstəricisi 7% olub.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə faiz dərəcələrində artım var. Əvvəlki ayda 12 aylıq əmanətlərdə faiz 9%, 18 aylıq əmanətlərdə 7%, 24 aylıq əmanətlərdə 7,5% və 36 aylıq əmanətlərdə 8% müəyyən olunmuşdu. Bu ay 18 aylıq əmanətlər üzrə faiz dərəcəsi əvvəlki ayla müqayisədə 2% qalxaraq 7%-dən 9%-ə şatmışdır. Digər aylar üzrə olan göstəricilər isə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, dollar valyutasında olan əmanətlər üzrə faizlərdə dəyişiklik yoxdur.