Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli müvafiq qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub.
FED.az məlumat verir ki, qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
Bir qayda olaraq bu hal bankın faktiki bağlanması deməkdir. Bəs sözü gedən bankların vəziyyəti necə idi? Onlara inzibatçılar hansı səbəbdən təyin edilib?
Vəziyyəti ümumiləşdirsək adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. 4 bankın birlikdə bazar payı (aktivlərin həcminə görə) 5%-ə yaxındır. Ən yüksək paya «Atabank» (1,4%), ən aşağı paya «Amrahbank» (0,6%) malik olub. 2019-cu ildə Atabank-ı saymasaq AGBank aktivlərinin həcminə görə 15-ci yerdə olub. «Atabank»da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub. Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7%-dən az olub. Yenə də ən böyük paya (2,6%) «Atabank», ən az paya «Amrahbank» (0,79%) olub. Depozit bazarında 4 bankın bazar payı 4%-dən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub.
«Ag Bank» - cəmi 1 milyon manatı çatmadı
«Ag Bank» birinci rübü 1 min manat zərərlə başa vursa da, aktivlərini və kredit portfelini artırmışdı. Bağlanma anına bankın aktivləri 459 milyon manat idi, bu da iin əvvəli ilə müqayisədə 4 milyon manat v əyüa 1% artıq idi.
Kredt portfeli isə birinci rübdə 18 milyon manat və ya 8% artaraq 240 milyon manata çatıb.
AG Bankın zəif yeri cəmi kapitalı idi – bankın kapitalı artıq necə vaxt idi ki, AMB-nin tələb etdiyi 50 milyon manatdan aşağı idi. Mərkəzi Bank və Palata buna görə, «AgBank»a indiyədək bir neçə dəfə xəbərdarıq etmişdilər. Hətta 2018-ci ilin avqustunda bankın zərərlə işləməsi səbəbindən kapitalı tələbdən aşağı – 41,5 milyon manata düşdüyünə görə, ona əmanət qəbulu və kredit vermək qadağan edilmişdi. İnd idə bankın kapitalı tələbdən aşağı idi - mma fərq böyük deyildi – cəmi 1 milyon manat.
Bankda fiziki şəxslərin əmanətləri - 01.04.2020 tarixinə 146,5 milyon manat idi.
«ATAbank» - əmanətləri qaytara bilmirdi
«Ata bank»ın vəziyyəti hələ 2019-cu ilin sonundan pisləşməyə başlamışdı. Bank ciddi likvidlik (vəsait çatışmaması) problemi yaşayırdı. Və yayılan məlmatların fonunda əmanətlərini götürməyə hücum çəkən müştərilərin pullarını qaytara bilmədi. Mərkəzi Bank məsələni artıq bir neçə ay idi ki, nəzarətdə saxlayırdı. Atabankın indiyə olan göstəriciləri məlum deyil – 2019-cu ilin 3-cü rübünün (sentyabrın) sonuna olan məlumata görə, bankın aktivləri 532,1 milyon manat, cəmi kapitalı 146,6 milyon manat təşkil edirdi. Amma bankın əməliyyatları olduqca bərbad idi – 3-cü rübün nəticələrinə görə, «Ata Bank» cəmi 22 min manat mənfəət əldə etmişdi.
Bankda fiziki şəxslərin əmanətləri - 01.10.2019-cu il tarixə 271 milyon manat idi.
«Amrahbank» - valyuta bazarının keçmiş lideri
Bir neçə il əvvələ kimi, ölkənin ən sərfəli valyuta dəyişmə şərtləri təklif edən bankı «Amrah bank» son vaxtlar cəmi kapital qıtlığından əziyyət çəkirdi. 2019-cu ilin nəticələrinə görə, bankın kapitalı AMB-nin 50 milyonluq tələbindən 5 dəfədən də çox aşağı idi – cəmi 8,9 milyon manat. Amma bu vəziyyət «Amrahbank» rəhbərliyinə cəmi ay yarım əvvəl - mart ayında Səudiyyə İnkişaf Fondu ilə saziş imzalamağa mane olmadı. Müqaviləyə görə, Səudiyyə Fondu Azərbaycan bankına 4 milyon dollar kredit xətti açmalı idi.
Bankın hazırki durumu məlum deyil – hesabatını hələ açıqlamayıb, amma 2019-cu ili 11,15 milyon manat zərərlə başa vurmuşdu. İlin sonunda bankın aktivləri 209 milyon manat təşkil edirdi.
Bankda fiziki şəxslərin əmanətləri - 01.01.2020-cu il tarixə 152,5 milyon manat idi.
«NBC Bank» - sürpriz qərar
Azərbaycan Mərkəzi Bankının açıqlamasıın sürpriz hissəsi «NBC Bank»la bağlı oldu. Bankın kapitalı 2019-cu ilin sonunda 59 milyon manatdan artıq idi, yəni tələbləri 10 milyon manata yaxın üstələyirdi. Aktivləri 323,5 milyon manat, kredit portfeli 252,5 milyon manat idi, bankın hesabatına görə, kredit portfelində ciddi problem çox idi – 2019-cu ilin sonuna vaxtı keçmiş kreditlər cəmi 9 milyon manat idi ki, bu da kredit portfelinin cəmi 3,6%-i idi.
Üstəlik, bank ili 1,4 milyon manata yaxın xalis gəlirlə başa vurmuşdu. Görünür, bankın vəziyyəti 2020-ci ilin 1–ci rübündə pisləşməyə başlayıb ki, bu da hazırki qərarla nəticələnib.
Bankda fiziki şəxslərin əmanətləri - 01.01.2020-cu il tarixə 134,1 milyon manat idi.