Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib və bunun ilin sonuna kimi reallaşacağına işarə edib.
Bu ilin sonuna qədər Azərbaycanda maaşı istənilən bankdan almaq mümkün ola bilər
Bank sektorunda canlanma
FED.az xəbər verir ki, yeniliyin iqtisadi tərəfini şərh edən ekspert Eyyub Kərimli hesab edir ki, bu, bir neçə istiqamətdə həm iqtisadiyyata, həm də vətəndaşlarımıza fayda verə bilər. Birincisi, insanlar məvaciblərini özlərinə daha yaxın ərazilərdə, şərtlərini daha uyğun hesab etdikləri banklardan ala biləcəklər ki, bu da əlçatanlığı təmin edəcək. Digər tərəfdən, ekspert düşünür ki, yenilik bank sektorunda canlanma yaradacaq, rəqabətin ciddi şəkildə artmasına gətirib çıxaracaq.
Hüquqşünas Roman Qaraşov da hesab edir ki, əməkhaqqının istənilən ödəniş xidmətləri təchizatçısı vasitəsilə qəbul edilməsi işçilər üçün həm bank seçimi azadlığı, həm də tranzaksiyaların effektiv idarə olunması baxımından üstünlük yaradır. Bu mexanizm fərdi likvidlik menecmenti, “multi-banking” və şəxsi aktivlərin diversifikasiyası üçün də imkanlar açır. Almaniya təcrübəsini misal çəkən hüquqşünas qeyd edir ki, bu ölkədə qüvvədə olan “Zahlungskontengesetz” (ZKG) normativ aktı işçiyə əməkhaqqını istədiyi bank hesabına yönləndirmək hüququ verir və bu, əmək bazarında hüquqi münasibətlərin simmetrik qurulmasına xidmət edir. Hüquqi nöqteyi-nəzərdən, bu yanaşma mülki hüquqda dispozitivlik prinsipi, eləcə də müqavilə azadlığı normalarına əsaslanaraq, işçinin müqavilə münasibətlərində aktiv tərəf kimi iştirakını gücləndirir. Eyni zamanda, kredit tarixçəsinin formalaşması, reytinq təsnifatı və müştəri risk profilinin şəffaflığı baxımından bank-müştəri münasibətlərinin optimallaşdırılmasına töhfə verir.
Bank filiallarının sayı arta bilər
İqtisadçı E.Kərimlinin qənaətinə görə, yenilik sayəsində banklar regionlarda yeni filiallar yaratmaqda maraqlı olacaqlar. Gələcəkdə bu maliyyə təşkilatları arasında formalaşan rəqabətli mühit çərçivəsində istifadəçilərə müəyyən bonus və mükafatların verilməsi reallaşa bilər ki, bu da vətəndaşın işinə yarayacaq və onun gəlirlərinə müəyyən qədər təsir edəcək addımdır. Ekspert hesab edir ki, dəyişiklik depozit və stimullaşdırıcı proqramların həyata keçirilməsinə də yol açacaq. Ümumilikdə isə prosesin reallaşdırılacağı təqdirdə, bank sektorunda şəffaflaşma, rəqabətliliyin artması və son nəticədə insanların daha yaxşı xidmət alması gerçəkləşəcək.
R.Qaraşov da o fikirdədir ki, Azərbaycanda həyata keçirilən bu islahat bankların kommersiya strategiyalarında dəyər əsaslı yanaşmaları, müştəriyönümlü məhsul dizaynını və rəqəmsal tranzaksiyaların üstünlüyünü təşviq edəcək. Hüquqi planda bu rəqabət mühiti istehlakçı rifahının artırılması doktrinası, eləcə də rəqabətə zidd razılaşmaların aradan qaldırılması məqsədilə qəbul edilən Rəqabət Məcəlləsi ilə uzlaşır. Hüquqşünas onu da əlavə edir ki, yeni mexanizm banklar arasında zəmanətli müştəri bazasının hüquqi əsaslarının zəifləməsinə səbəb olacaq və bu, daxili bazarda xidmət rəqabəti, müştəritutumlu təklif modelləri və kredit təşkilatları arasında funksional fərqləndirmə zərurətini artıracaq. “PSD2” direktivi və “Open Banking” texnologiyaları çərçivəsində məlumat portativliyi, API inteqrasiyası, qeyri-bank ödəniş təşkilatlarının iştirakı kimi meyarlar rəqabət mexanizmlərinin genişlənməsinə şərait yaradır. Ekspertin sözlərinə görə, Böyük Britaniyada “Open Banking” rejiminin tətbiqi nəticəsində banklar fərdi təkliflər və maliyyə texnologiyalarına əsaslanan fərdiləşdirilmiş xidmətlər təqdim etməklə bazarda qalmaq üçün davamlı innovasiyalara söykənməyə məcbur olublar.
İşəgötürənin yükü artacaq, amma…
R.Qaraşov hesab edir ki, tətbiq olunacaq yenilik işəgötürənlər üçün ilkin mərhələdə əməliyyat xərcləri, data inteqrasiyası və resursların yenidən təşkili baxımından müəyyən texniki çətinliklər yaratsa da, orta və uzunmüddətli dövrdə bağlılıq şərtləri və monobanka əsaslanan əməkhaqqı layihələri üzrə öhdəliklərin hüquqi aktuallığını itirməsi ilə kommersiya azadlığı və bank münasibətlərində neytrallıq əldə olunacaq.
Maliyyə inklüzivliyi
Hüquqşünas onu da qeyd edib ki, bazara giriş maneələrinin aradan qaldırılması və interbank əlaqələrinin sərbəstləşdirilməsi yeni təşəbbüsün hüquqi arxitekturasının əsasını təşkil edir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində əksini tapan mülkiyyət hüququ və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda göstərilən azad və məlumatlı seçim prinsipinə uyğun olaraq formalaşdırılıb.
Bəzi çətinliklər qaçılmazdır…
İslahatın həyata keçirilməsi zamanı banklararası infrastrukturun koordinasiyası, məlumat axınlarının standartlaşdırılması və mövcud əməkhaqqı layihələrinin hüquqi restrukturizasiyası kimi çətinliklər meydana çıxa bilər. Xüsusilə real vaxtlı brutto hesablaşma sistemlərinin (RTGS) olmaması və SEPA Instant Credit Transfer (SCT Inst) standartlarına uyğun texnoloji baza zəifliyi səbəbindən, interbank tranzaksiyalarının optimallaşdırılması gecikə bilər. Bu baxımdan, banklararası məlumat mübadiləsinin təmin olunması üçün hüquqşünas “compliance” standartlarının harmonizasiyası, məlumat mühafizəsi aktlarının tətbiqi və API təhlükəsizliyi ilə bağlı normativ çərçivənin təkmilləşdirilməsini zəruri hesab edir.
Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib və bunun ilin sonuna kimi reallaşacağına işarə edib. “vergiler.az” maliyyə və bank məsələlərini şərh edən ekspertlərlə yeniliyin həm iqtisadi, həm də hüquqi tərəfini təhlil edib, bunun bank sektoruna hansı yeniliklər gətirəcəyini öyrənib.
Bank sektorunda canlanma
Yeniliyin iqtisadi tərəfini şərh edən ekspert Eyyub Kərimli hesab edir ki, bu, bir neçə istiqamətdə həm iqtisadiyyata, həm də vətəndaşlarımıza fayda verə bilər. Birincisi, insanlar məvaciblərini özlərinə daha yaxın ərazilərdə, şərtlərini daha uyğun hesab etdikləri banklardan ala biləcəklər ki, bu da əlçatanlığı təmin edəcək. Digər tərəfdən, ekspert düşünür ki, yenilik bank sektorunda canlanma yaradacaq, rəqabətin ciddi şəkildə artmasına gətirib çıxaracaq.
Hüquqşünas Roman Qaraşov da hesab edir ki, əməkhaqqının istənilən ödəniş xidmətləri təchizatçısı vasitəsilə qəbul edilməsi işçilər üçün həm bank seçimi azadlığı, həm də tranzaksiyaların effektiv idarə olunması baxımından üstünlük yaradır. Bu mexanizm fərdi likvidlik menecmenti, “multi-banking” və şəxsi aktivlərin diversifikasiyası üçün də imkanlar açır. Almaniya təcrübəsini misal çəkən hüquqşünas qeyd edir ki, bu ölkədə qüvvədə olan “Zahlungskontengesetz” (ZKG) normativ aktı işçiyə əməkhaqqını istədiyi bank hesabına yönləndirmək hüququ verir və bu, əmək bazarında hüquqi münasibətlərin simmetrik qurulmasına xidmət edir. Hüquqi nöqteyi-nəzərdən, bu yanaşma mülki hüquqda dispozitivlik prinsipi, eləcə də müqavilə azadlığı normalarına əsaslanaraq, işçinin müqavilə münasibətlərində aktiv tərəf kimi iştirakını gücləndirir. Eyni zamanda, kredit tarixçəsinin formalaşması, reytinq təsnifatı və müştəri risk profilinin şəffaflığı baxımından bank-müştəri münasibətlərinin optimallaşdırılmasına töhfə verir.
Bank filiallarının sayı arta bilər
İqtisadçı E.Kərimlinin qənaətinə görə, yenilik sayəsində banklar regionlarda yeni filiallar yaratmaqda maraqlı olacaqlar. Gələcəkdə bu maliyyə təşkilatları arasında formalaşan rəqabətli mühit çərçivəsində istifadəçilərə müəyyən bonus və mükafatların verilməsi reallaşa bilər ki, bu da vətəndaşın işinə yarayacaq və onun gəlirlərinə müəyyən qədər təsir edəcək addımdır. Ekspert hesab edir ki, dəyişiklik depozit və stimullaşdırıcı proqramların həyata keçirilməsinə də yol açacaq. Ümumilikdə isə prosesin reallaşdırılacağı təqdirdə, bank sektorunda şəffaflaşma, rəqabətliliyin artması və son nəticədə insanların daha yaxşı xidmət alması gerçəkləşəcək.
R.Qaraşov da o fikirdədir ki, Azərbaycanda həyata keçirilən bu islahat bankların kommersiya strategiyalarında dəyər əsaslı yanaşmaları, müştəriyönümlü məhsul dizaynını və rəqəmsal tranzaksiyaların üstünlüyünü təşviq edəcək. Hüquqi planda bu rəqabət mühiti istehlakçı rifahının artırılması doktrinası, eləcə də rəqabətə zidd razılaşmaların aradan qaldırılması məqsədilə qəbul edilən Rəqabət Məcəlləsi ilə uzlaşır. Hüquqşünas onu da əlavə edir ki, yeni mexanizm banklar arasında zəmanətli müştəri bazasının hüquqi əsaslarının zəifləməsinə səbəb olacaq və bu, daxili bazarda xidmət rəqabəti, müştəritutumlu təklif modelləri və kredit təşkilatları arasında funksional fərqləndirmə zərurətini artıracaq. “PSD2” direktivi və “Open Banking” texnologiyaları çərçivəsində məlumat portativliyi, API inteqrasiyası, qeyri-bank ödəniş təşkilatlarının iştirakı kimi meyarlar rəqabət mexanizmlərinin genişlənməsinə şərait yaradır. Ekspertin sözlərinə görə, Böyük Britaniyada “Open Banking” rejiminin tətbiqi nəticəsində banklar fərdi təkliflər və maliyyə texnologiyalarına əsaslanan fərdiləşdirilmiş xidmətlər təqdim etməklə bazarda qalmaq üçün davamlı innovasiyalara söykənməyə məcbur olublar.
İşəgötürənin yükü artacaq, amma…
R.Qaraşov hesab edir ki, tətbiq olunacaq yenilik işəgötürənlər üçün ilkin mərhələdə əməliyyat xərcləri, data inteqrasiyası və resursların yenidən təşkili baxımından müəyyən texniki çətinliklər yaratsa da, orta və uzunmüddətli dövrdə bağlılıq şərtləri və monobanka əsaslanan əməkhaqqı layihələri üzrə öhdəliklərin hüquqi aktuallığını itirməsi ilə kommersiya azadlığı və bank münasibətlərində neytrallıq əldə olunacaq.
Maliyyə inklüzivliyi
Hüquqşünas onu da qeyd edib ki, bazara giriş maneələrinin aradan qaldırılması və interbank əlaqələrinin sərbəstləşdirilməsi yeni təşəbbüsün hüquqi arxitekturasının əsasını təşkil edir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində əksini tapan mülkiyyət hüququ və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda göstərilən azad və məlumatlı seçim prinsipinə uyğun olaraq formalaşdırılıb.
Bəzi çətinliklər qaçılmazdır…
İslahatın həyata keçirilməsi zamanı banklararası infrastrukturun koordinasiyası, məlumat axınlarının standartlaşdırılması və mövcud əməkhaqqı layihələrinin hüquqi restrukturizasiyası kimi çətinliklər meydana çıxa bilər. Xüsusilə real vaxtlı brutto hesablaşma sistemlərinin (RTGS) olmaması və SEPA Instant Credit Transfer (SCT Inst) standartlarına uyğun texnoloji baza zəifliyi səbəbindən, interbank tranzaksiyalarının optimallaşdırılması gecikə bilər. Bu baxımdan, banklararası məlumat mübadiləsinin təmin olunması üçün hüquqşünas “compliance” standartlarının harmonizasiyası, məlumat mühafizəsi aktlarının tətbiqi və API təhlükəsizliyi ilə bağlı normativ çərçivənin təkmilləşdirilməsini zəruri hesab edir. (Vergiler.az)