Azərbaycanda istehlak kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az bankların istehlak kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "ZiraatBank Azərbaycan"-da 2,3 dəfə, olmaqla qeydə alınıb.
Məbləğ ifadəsi ilə bankın istehlak kredit portfeli 6,8milyon manat həcmində artıb.
"ZiraatBank Azərbaycan"-dan sonra artıma görə ikinci yerdə 9,4% və ya 3,8 milyon manat göstərici ilə "Premium Bank" gəlir.
İstehlak kredit portfelini 7,6% və ya 11,8 milyon manat artıran "Turanbank" üçüncüdür.
"Bank Respublika"-nın istehlak kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6,5% və ya 20,4 milyon manat dəyərində böyüyüb.
"AFB Bank"ın istehlak kredit portfelində təxminən 5,7% və ya 1,25 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 4,1% (593 min manat) artımla "Bank Avrasiya" yer alıb.
ABB-nin istehlak kreditləri 3,9% (70,2 milyon manat) artıb.
Hesabat rübündə ümumilikdə 17 bankın istehlak kredit portfelində ötən ilin sonu ilə müqayisədə böyümə, 5 bankın kredit portfelində azalma baş verib.