İspaniyanın maliyyə naziri Nadia Kalvino Avropa İnvestisiya Bankının rəhbəri olacaq.
AYİB Azərbaycan üzrə investisiya portfelini bir ayda - 134 MİLYON AVRO ARTIRDI
FED.az xəbər verir ki, bu barədə iki Aİ rəsmisi bildirib.
Rəsmilərin sözlərinə görə, Aİ ölkələri bu gün səhər onun təyin olunmasına razılıq veriblər.
Avropa İnvestisiya Bankının yeni rəhbəri yanvarın 1-dən hazırkı rəhbər Verner Hoyerin səlahiyyət müddəti başa çatdıqdan sonra səlahiyyətlərinin icrasına başlayacaq.
Avropa İnvestisiya Bankının yeni rəhbəri Avropada böyük infrastruktur layihələrinə milyardlarla avro kreditlərin yönəldilməsinə cavabdeh olacaq və qarşıdakı illərdə Ukraynanın yenidən qurulmasında və iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində əsas rol oynayacaq. (Apa)