2025-ci ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının daşınmaz əmlak (ipoteka) kredit portfelinin həcminə görə yeni reytinqi məlum olub.
FED.az bankların 30 sentyabr 2025-ci il tarixinə olan maliyyə hesabatları bu seqmentdə “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) ASC mütləq lider olduğunu göstərir.
Reytinq cədvəlinə 1 milyard 527 milyon 552 min manatlıq portfellə “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC başçılıq edir. Bu göstərici ABB-ni daşınmaz əmlak kreditləşməsi bazarında rəqiblərindən əhəmiyyətli dərəcədə irəli çıxarır.
Siyahıda ikinci yerdə 597 milyon 573 min manatla “Kapital Bank” ASC, üçüncü yerdə isə 519 milyon 264 min manatla “Xalq Bank” ASC qərarlaşıb.
Siyahıya əsasən, 11 bankın daşınmaz əmlak kredit portfeli 100 milyon manatı ötüb. Reytinqdə növbəti yerləri “PAŞA Bank” ASC (239 milyon 785 min manat), “Azər Türk Bank” ASC (206 milyon 308 min manat) və “Bank BTB” ASC (189 milyon 933 min manat) tutur.
Bu sıranı həmçinin “Rabitəbank” ASC (180 milyon 131 min manat), “Bank Respublika” ASC (165 milyon 71 min manat), “TuranBank” ASC (137 milyon 218 min manat), “Expressbank” ASC (120 milyon 207 min manat) və “Unibank KB” ASC (101 milyon 342 min manat) davam etdirir.