Ölkənin ən böyük bankları sırasında ilk yerləri tutan «PAŞA Bank» və «Kapital Bank»ın prioritetləri, hədəf kütləsi, iş prinsipləri, hətta xidmət səviyyəsi fərqli olsa da, onları birləşdirən əsas məqam eyni holdinqdə – «Paşa Holdinq»də təmsil olunmalarıdır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tələblərinə uyğun olaraq bankların daha detallı hesabatlar açıqlaması FED.az-a imkan verib ki, müxəlif göstəricilərə görə onların müqayisəsini aparsın.
Bank sisteminin 4-də biri buradadır
Kobud hesablamalara görə, iki bank bank sisteminin aktivlərinin 4-də birini toplayıb. Və bu göstərici hələ də artmaqdadır. Banklar təqribən eyni ölçüdədirlər. Üstəlik artım sürəti saxlansa, «Kapital bank» ya bu ilin sonuna, ya da gələn ilin 1-ci rübünün sonunadək «Paşa Bank»ı keçəcək. Hələliksə, “PAŞA Bank”ın cəmi aktivi 4 milyard 383 milyon 325 min manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, bu göstərici “Kapital Bank”da 4 milyard 007 milyon 548 min manat təşkil edib. Bu göstərici “PAŞA Bank”ın aktivlərindən 375 milyon 777 min manat azdır. Son bir ildə “PAŞA Bank”ın aktivləri 51 milyon 315 min manat və ya 1,18% artıb. “Kapital Bank”ın aktivləri isə son bir ildə 550 milyon 014 min manat və ya 15,90% artıb.
Göstəricilər |
“PAŞA Bank” |
“Kapital Bank” |
Aktivlər |
4 milyard 383,3 milyon manat |
4 milyard 007,5 milyon manat |
Aktivlər dinamika |
1,18% artıb |
15,90% artıb |
Birinin öhdəliyi azalıb, digərin ki, isə artıb
Son bir ildə “PAŞA Bank”ın öhdəlikləri 3 milyard 914 milyon 216 min manat təşkil edib. Bankın öhdəlikləri son bir ildə 26 milyon 349 min manat və ya 0,66% azalıb.
Eləcə də bax:Azərbaycanda gizli fəaliyyət göstərən - BANK TAPILIB
“Kapital Bank”ın öhdəlikləri isə bu ilin 9 ayında 3 milyard 615 milyon 485 min manat təşkil edib . Bu göstərici son bir ildə 481 milyon 144 min manat və ya 15,36% çoxdur.
Göstəricilər |
PAŞA Bank |
Kapital Bank |
Öhdəliklər |
3 milyard 914,2 milyon manat |
3 milyard 615,5 milyon manat |
Öhdəliklər dinamika |
0,66% azalıb |
15,36% artıb |
Ən çox kapital hansındadır?
“PAŞA Bank”ın cəmi kapitalı 469 milyon 109 min manat təşkil edib. Bu göstərici son bir illə müqayisədə 77 milyon 664 min manat və ya 19,84% çoxdur.
“Kapital Bank” cəmi kapitalı bu ilin 9 ayında 392 milyon 063 min manat təşkil edib. Bu son bir ildə 68 milyon 569 min manat və ya 21,19% çoxdur.
Göstəricilər |
“PAŞA Bank” |
“Kapital Bank” |
Kapital |
469 milyon 109 min manat |
392 milyon 063 min manat |
Kapital dinamika |
19,84% artıb |
21,19% artıb |
Ən çox krediti “Kapital Bank” verib, amma artım daha çox “PAŞA Bank”dadır
“PAŞA bank”ın bu il ərzində müştərilərə verdiyi kreditlər 1 milyard 681 milyon 818 min manat təşkil edib. Bu son bir ildə 537 milyon 549 min manat və ya 46,97% artım deməkdir.
Eləcə də bax:Azərbaycanda bank - REYSTALİNQƏ HAZIRLAŞIR
“Kapital Bank”ın isə verdiyi kreditlər 1 milyard 721 milyon 511 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 341 milyon 241 manat və ya 24,72% çoxdur.
Göstəricilər |
PAŞA Bank |
Kapital Bank |
Kreditlər |
1 milyard 681,8 milyon manat |
1 milyard 721,5 milyon manat |
Kreditlər dinamika |
46,97% artıb |
24,72% artıb |
Problemli kreditləri də nəhəngdir
«Paşa Holdinq» banklarının problemli kreditlərinin həcmləri də digər göstəriciləri kimi nəhəngdir. Hər halda rəmi hesabatlara görə, «Paşa Bank»da belə kreditlər 183 milyon 646 min manat təşkil edir. Bunlardan 34,2 milyon vaxtı keçmiş, 149,5 milyon manat isə qeyri-standart (qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz) kreditlərdir. Nəticədə «Paşa Bank»in kreit portfelində problemli kreditlərin payı 10,93% təşkil edib. «Kapitalbank»da isə rəsmi hesabata görə,. problemli kreditlər 135 milyon 571 min manat və ya portfelin 7,89%-i qədərdir. «Kapitalbank» 22 milyon manatdan artıq kredit artıq 1 ildir ki gecikir.
Problemli kreditlər |
PAŞA Bank |
Kapital Bank |
Məbləğ |
183 646 min manat |
135 571 min manat |
Kredit portfelində payı |
10,93% |
7,89% |
Depozit portfeli
“PAŞA bank”ın depozit portfelinin cəmi bu ilin 9 ayının nəticələrinə görə, 3 milyard 311 milyon 614 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 312 milyon 125 min manat və ya 8,61% azdır.
“Kapital Bank”da isə bu ilin 9 ayında depozit portfeli 3 milyard 193 milyon 557 min manat təşkil edib. Bu göstərici son bir ildə 518 milyon 737 min manat və ya 19,39% artıb.
Göstəricilər |
PAŞA Bank |
Kapital Bank |
Depozit |
3 milyard 311,6 milyon manat |
3 milyard 193,6 milyon manat |
Depozit dinamika |
8,61% azalıb |
19,39% artıb |
Ən çox mənfəəti olan hansıdır?
“PAŞA Bank”ın bu il 9 ayının nəticələrinə görə, mənfəəti 64 milyon 596 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 36 milyon 329 min manat və ya 2,28 dəfə çoxdur.
“Kapital Bank” mənfəəti bu il 99 milon 654 min manat təşkil edib. Bu ötən ilin eni dövrü ilə müqayisədə 28 milon 562 min manat və a 40,17% çoxdur.
Göstəricilər |
PAŞA Bank |
Kapital Bank |
Mənfəət |
64 milyon 596 min manat |
99 milon 654 min manat |
Mənfəət dinamika |
2,28 dəfə artıb |
40,17% artıb |
Faiz və qeyri-faiz gəlir/xərcləri
“PAŞA Bank”ın faiz gəlirləri – 146 milon 408 min manat, faiz xərcləri – 28 milyon 452 min manat, qeyri-faiz gəlirləri – 51 milyon 756 min manat, qeyri-faiz xərcləri – 78 milyon 596 min manat.
“Kapital Bank” faiz gəlirləri – 234 milyon 057 min manat, faiz xərcləri – 57 milon 782 min manat, qeyri-faiz gəlirləri – 110 milon 730 min manat, qeri-faiz xərcləri 120 milon 642 min manat.
Göstəricilər |
“PAŞA Bank” |
Kapital Bank |
faiz gəlirləri |
146 milyon 408 min manat |
234 milyon 057 min manat |
faiz xərcləri |
28 milyon 452 min manat |
57 milon 782 min manat |
qeyri-faiz gəlirləri |
51 milyon 756 min manat |
110 milyon 730 min manat |
qeyri-faiz xərcləri |
78 milyon 596 min manat |
120 milyon 642 min manat |