Maliyyə Bazarlarına Nəzarət Palatasının bugün yaydığı məlumata görə, sektora yeni kapital investisiyaları daxil olub. 2017-ci il ərzində bankların cəmi kapital inyeksiyalarının həcmi 0.9 mlrd. manat təşkil edib. FED.az mövzunun davamı olaraq, 2018-ci ilin əvvəlinə bankların məcmu kapitallarının həcmini təqdim edir.
Çünki Mərkəzi Bankın 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının 50 mln. manat olması ilə bağlı tələb mövcuddur. Və kapital artımları, eləcə də nizamnamə kapitalı üzrə hər hansı dəyişikliklər də məcmu kapitala birbaşa təsir göstərir.
Banklar | Məcmu Kapitalın həcmi (min manatla) |
Beynəlxalq Bank | 524 342 |
Kapital Bank | 299 885 |
Paşa Bank | 257 545 |
Xalq Bank | 256 139 |
AtaBank | 141 110 |
Express Bank | 140 000 |
Bank Silkway | 116 248 |
Nikoil Bank | 95 597 |
Rabitəbank | 92 195 |
ASB Bank | 78 181 |
Muğan Bank | 70 316 |
Bank Melli İran | 69 518 |
TuranBank | 68 623 |
Unibank | 67 488 |
YapıKrediBank | 64 076 |
Ziraat Bank | 62 955 |
Günay Bank | 60 210 |
Bank Avrasiya | 58 469 |
NBC Bank | 55 795 |
Bank BTB | 53 657 |
AzərTürkBank | 53 186 |
Bank VTB | 50 097 |
AG Bank | 44 573 |
AmrahBank | 44 447 |
AccessBank | 43 593 |
Bank Respublika | 26 678 |
Bank of Baku | 22 233 |
Pakistan milli bankı | 10 155 |
Qeyd edək ki, bankların məcmu kapitalı ilə nəzamnamə kapitalı arasında fərq var. Bankın məcmu kapitalının əsas məqsədi, daxili və xarici mühitdə baş verən əlverişsiz dəyişikliklər zamanı bankın maliyyə dayanıqlığını təmin etmək, bankı ödəmə qabiliyyətinin itirilməsinə gətirib çıxara bilən mümkün zərərlərdən qorumaq, əmanətçilərin və investorların bank sisteminə etimadını artırmaqdır.
Başqa sözlə desək, məcmu kapitalın məqsədi gözlənilməz itkilərin qarşısını almaqdır. Əgər gözlənilməz itki baş verərsə, bu zaman bank bu itkini əmanətçilərin yox, öz vəsaiti hesabına qarşılaya bilər.
Məcmu Kapitala bankın öz vəsaitləri aid edilir və tərkibi iki hissədən ibarətdir.
- Birinci dərəcəli kapital - əsas kapital hesab olunur və komponentləri aşağıdakılardan ibarətdir:
Adi və qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər
Kapital artıqlığı (səhmlərin nominal dəyərindən artıq dəyəri) və s..
-
İkinci dərəcəli kapital - əlavə kapital hesab olunur. Əlavə kapital, 1-ci dərəcəli kapitaldan daha az etibarlı sayılır. Əlavə kapitala aşağıdakılar daxildir:
Carı ilin mənfəəti
Ümumi ehtiyatlar
Kumulyativ müddətsiz imtiyazlı səhmlər və s..
Qeyd edək ki, son bağlanan bankların xüsusən də Standard Bank və Dəmir Bankın simasında biz kapital itkilərinin məhz əmanətçilərin hesabına aradan qaldırıldığının şahidi olduq.