«Fitch Ratings» reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) uzunmüddətli emitent defolt reytinqini (LT IDR) "BB" səviyyəsində təsdiqləyib, proqnoz «müsbət»dir. Fitch həmçinin bankın dayanıqlıq reytinqini (VR) “bb” səviyyəsində təsdiqləyib.
ABB Bankın depozit portfeli – 9 MİLYARD MANATI KEÇİB
FED.az xəbər verir ki, Agenliyin bununla bağlı açıqlamasında deyilir ki, Fitch-in ABB ilə bağlı müsbət proqnozu qarşıdakı orta müddətli dövrdə bankın kredit portfelinin genişlənməsinin tədricən olacağını, aktivlərin keyfiyyətinin isə davamlı olaraq qalacağı ilə bağlı gözləntilərini əks etdirir.
REYTİNQİN ƏSAS SƏBƏBLƏRİ
ABB-nin 'BB' səviyyəsində olan uzunmüddətli emitent defolt reytinqini (LT IDR) bankın 'bb' səviyyəsində olan dayanıqlıq reytinqinə və bankın müstəqil profilinə əsaslanır. Bankın dayanıqlığı, ilk növbədə onun güclü dəstəyi, möhkəm balans strukturu və güclü maliyyə göstəricilərini əks etdirir. Bu faktorlar bankın inkişaf etməkdə olan və neftdən asılı olan Azərbaycan iqtisadiyyatına məruz qalması ilə tarazlaşdırılır. Burada Fitch agentliyi ölkə iqtisadiyyatının hələ də neftdən asılı olmasını mənfi hal kimi qeyd edir.
Artımın zəifləməsi və isttehlak kreditləşməsi riskləri: Fitch Azərbaycanın ÜDM artımının 2024-cü ildəki 4,1%-dən 2025-ci ildə 3,5%-ə və 2026-cı ildə 2,5%-ə enəcəyini proqnozlaşdırır ki, bu da dünyanı neftin qiymətinin aşağı düşməsi nəticəsində neft və qaz sektorunun yavaşlamasını əks etdirir. Əvəzində bank sektorunun orta göstəriciləri - 2017-ci ildən bəri yaxşılaşıb, belə ki, dollarla olan kreditlər azalıb, və köhnə aktivlərdən qalma keyfiyyət riskləri azalıb. Bununla yanaşı, 2021-ci ildən bəri istehlak kreditləşməsinin sürətli artımı bazarın həddən artıq «istiləşməsi» riski yarada bilər. Baxmayaraq ki, Mərkəzi Bank bu sektorda kredit riskini azaltmaq üçün qabaqlayıcı tədbirlər görür.
Əsas dəstək: Dövlət Mülkiyyəti: Azərbaycanın bank sektorunun lideri olan ABB 25-ci ilin ilk yarısının sonuna olan vəziyyətə bank sektorunun aktivlərinin 25%-nə, bank sektorundakı kreditlərin isə 23%-nə nəzarət edir. Bu vəziyyət həm də bankın güclü yerli dəstəyi ilə tamamlanır - ABB 92% dövlətə məxsusdur.
Aktivlərin güclü strukturu: ABB-nin kredit portfelində pərakəndə və korporativ kreditlərin payı təqribən eynidir və 2025-ci ilin ilk yarısının sonunda bankın bütün aktivlərinin 43%-i onun kredit poptfelidir. Bankın pərakəndə kredit portfeli əsasən ipoteka və təminatsız nağd pul kreditlərindən ibarətdir. Korporativ kredit portfeli isə əsasən ən iri yerli müəssisələrə olan risklərdən ibarətdir. Qeyri-kredit aktivləri (40%) əsasən likvid və ən azı “BBB-” kredit keyfiyyətinə malikdir. ABB-nin balansının strukturu onun reytinqinə təsir edən əsas amildir. Çünki məhz bu balanslılıq bankın aktivlərinin davamlı keyfiyyətini və gəlirliliyini təmin edir. Üstəlik bankın möhkəm kapital və likvidlik buferlərinə çevrilir.
Kreditlərnin yüksək keyfiyyəti: Agentlik bildirir ki, 2025-ci ilin ilk yarısının sonunda ABB-nin dəyərsizləşmiş kreditləri (yəni BMHS 9-a uyğun olaraq 3-cü Mərhələ kreditləri) ümumi kreditlərin 4,6%-ni təşkil edir, müqayisə üçün deyək ki, 2024-cü ilin eyni dövründə belə 3,6% idi, amma bu artım bankın ehtiyat ayırmaları ilə tamamilə örtülür.
Mərhələ 2 kreditlərinin həcmi isə daha azdır (2025-ci ilin I yarısının sonunu ümumi kreditlərin 1,3%-i). Fitch agentliyi hesab edir ki, ABB bankda ən böyük korporativ risklər adekvat şəkildə təsnif edilir və ehtiyatlar ayrılır. Agentlik bu ilin sonuna dəyərsizləşmiş kreditlərlərin payının 5%-dən aşağı qalacağını gözləyir, buna səbəb silinmələr və kreditləşmənin artımı olacaq.
Yüksək gəlirlilik: 2025-ci ilin ilk yarısının nəticələrinə görə, bankın illik faiz gəlirləri gəlir gətirən aktivlərin 6,1% təşkil edib və bu 2024-cü ildəki 6%-dən artıqdır. Bu, yüksək əməliyyat səmərəliliyi ilə birlikdə güclü mənfəətə gətirib çıxardı, kredit itkiləri isə məhdud idi. Nəticədə, ABB-nin illik əməliyyat mənfəəti/risk ölçülmüş aktivləri (RWA) əmsalı 2025-ci ilin birinci yarısında yüksək 5,9% (2024-də: 6,1%) olub. Agentlik gözləyir ki, bankın əməliyyat gəlirliliyi 2025-2026-da da güclü olacaq.
Etibarlı kapital ehtiyatı: 2025-ci ilin ilk yarısının nəticələrinə görə, ABB-nin əsas kapital nisbəti göstəricisi (Fitch Core Capital - FCC) 26% təşkil edib, 2024-cü ildə bu rəqəm 29% idi. Dəyişikliyə səbəb ümumi kapitalın RWA üzrə 18% artımı və dividendlərin ödənilməsi olub. Ödənilən dividendlər bankın xalis mənfəətinin 56%-ni təşkil edib.
Agentlik hesab edir ki, böyük dividend ödənişlərindən sonra və 2025-2026-cı illərdə kredit portfelinin 15%-20%-ə qədər artımından sonra ABB -nin FCC nisbəti 22%-dən yuxarı qalacaq.
Yüksək likvidlik səviyyəsi: Agentlik qeyd edir ki, ABB Bank əsasən depozitlərlə maliyyələşir (2025-ci ilin birinci yarısında: öhdəliklərin 88%-ni təşkil edib). Eyni zamanda bankda ayrı-ayrı müştərilərin depozitlərinin konsentrasiyası yüksəkdir, bunların bir hissəsi dövlətə məxsus şirkətlərdir - 2025-ci ilin birinci yarısına bütün depozitlərin 50%-i). Agentlik bu depozitləri bank üçün sabit və əsas hesab edir.
«Fitch» bildirir ki, ABB Bank-ın likvidlik buferi həm yerli, həm də xarici valyutada əhəmiyyətli səviyyədədir. Belə ki, 2025-ci ilin birinci yarısının sonunda ümumi kreditlər/müştəri depozitləri nisbəti 61% təşkil edir.