Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Bank

  1. Ana səhifə
  2. Bank
  1. Bank

Faiz dəhlizinin parametrləri haqqında - MƏRKƏZİ BANKDAN AÇIQLAMA - TAM MƏTN

Faiz dəhlizinin parametrləri haqqında - MƏRKƏZİ BANKDAN AÇIQLAMA - TAM MƏTN | FED.az
11:06 16 Sen 2022

Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb. 

FED.az-ın məlumatına görə, AMB-nın bununla bağlı açıqlamasında bildirilir:

Pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmamışdır. Son aylar dünya ərzaq qiymətlərində və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərdə baş verən azalmanın zaman intervalı ilə təsirlərini də nəzərə almaqla ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozu qüvvədə qalır. 2023-cü ilə isə inflyasiya proqnozu azaldılmışdır.

Monetar amillər inflyasiyaya azaldıcı təsir etməkdə davam edir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin artmasına şərait yaradır. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlüdür. Ötən iclasdan bəri manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə tempinin yüksəlməsi inflyasiyanın məhdudlaşdırıcı amillərindən olmuşdur.

Sentyabrın əvvəlindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşaiyət olunur. Bu da monetar amillərin¹ inflyasiyaya azaldıcı təsirlərini gücləndirir və orta müddətli dövrdə davamlı qiymət sabitliyinin təmin edilməsinə zəmin yaradır. Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi eyni zamanda aktiv banklararası bazarın formalaşmasına zəmin yaradır.  

Xarici sektor. Ötən iclasdan bəri xarici sektor göstəriciləri əlverişli olaraq qalmışdır.

Tədiyə balansı məlumatlarına görə I yarımillikdə cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 27.6%-i səviyyəsində profisit olmuşdur. Əsas ixrac məhsullarının yüksək dünya qiymətləri, qeyri-neft ixrac potensialının reallaşması, eləcə də ölkəyə daxil olan pul baratlarının artması iri həcmli cari hesabın formalaşmasına şərait yaradır. Qeyri-neft ixracı 7 ayda ötən ilin müvafiq dövrünə nəzərən 24.2% artmışdır. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansının profisiti 7 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artmışdır.

Proqnozlara görə cari ilin yekunu ilə yanaşı, 2023-cü ildə də cari əməliyyatlar hesabı profisitli olacaqdır. Beynəlxalq təşkilatların proqnozlarına əsasən növbəti ildə də Azərbaycanın ixracının əsasını təşkil edən məhsulların dünya qiymətləri yüksək qalacaqdır.

Profisitli tədiyə balansı şəraitində 2022-ci ilin 8 ayında strateji valyuta ehtiyatları 5.1% və ya 2.7 mlrd. ABŞ dolları artaraq 55.9 mlrd. ABŞ dollarına yüksəlmişdir.

Mərkəzi Bankda təşkil olunan valyuta hərraclarında təklif tələbi üstələməkdə davam edir. Ümumilikdə cari ilin əvvəlindən bəri keçirilən hərracların 77%-də təklif tələbi üstələmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun satışları üzrə əhəmiyyətli qənaət vardır. Cari ilin aprel ayından başlayaraq dövlət büdcəsinin birbaşa valyuta xərclərinin əsasən dövlətin valyuta gəlirləri hesabına ödənilməsi də hərraclardakı tələb-təklif nisbətinə təsir etmişdir. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmaqla yanvar-avqust aylarında 606.7 mln. dollar, o cümlədən aprel-avqust aylarında 473.8 mln. dollar olmuşdur.

İqtisadi fəallıq. Məcmu tələbin bütün komponentləri iqtisadi aktivliyin yüksək qalmasına şərait yaradır. 

2022-ci ilin 8 ayında ümumi daxili məhsul real ifadədə 5.8%, o cümlədən qeyri-neft sektoru üzrə 10.3% artmışdır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə avqustda əvvəlki aya nəzərən biznes inam indeksi ticarətdə yüksəlmiş, qeyri-neft sənayesi və xidmət sektorlarında isə demək olar ki, sabit qalmışdır.

2022-ci ilin 8 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsi 2.8%, qeyri-neft investisiyalarının həcmi 22.5% artmışdır.

8 ayda dövlət büdcəsi xərclərinin 16.2% artması həm istehlak, həm də investisiya tələbinə təsir göstərmişdir. İşğaldan azad edilmiş ərazilərdə iri miqyaslı bərpa işlərinin aparılması iqtisadi artımı dəstəkləməkdə davam edir.

İnflyasiya prosesləri. Ötən iclasdan bəri illik faktiki inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik olmamışdır.  

Mövsümi amillərin azaldıcı təsirlərinə baxmayaraq avqustda 0.9% səviyyəsində inflyasiya olmuşdur. Qeyri-ərzaq və xidmətlərin bahalaşması ilə yanaşı ərzaq mallarının da 1.2% bahalaşması aylıq inflyasiyanı şərtləndirmişdir.

İllik inflyasiya 2022-ci ilin avqustunda 14.2% təşkil etmiş, orta illik inflyasiya isə 13.2% olmuşdur. Baza inflyasiya illik 12.1%, orta illik 10.2% olmuşdur.

Ümumi inflyasiya səviyyəsinin yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox təsir göstərmişdir. Avqustda illik inflyasiyaya 9.1 faiz bəndi ərzaq, 2.1 faiz bəndi qeyri-ərzaq, 3.1 faiz bəndi isə xidmətlərin qiymət və tariflərinin dəyişimi töhfə vermişdir.

Aparılmış təhlillər inflyasiyanın dinamikasını müəyyənləşdirən amillər arasında xarici mənşəli xərc amillərinin üstün rola malik olduğunu göstərir. Avqust ayında dünya ərzaq qiymətləri 1.9% azalsa da onun illik artımı 7.9% səviyyəsindədir və müəyyən zaman intervalı ilə daxili qiymətlərə ötürülür. Eyni zamanda təchizat zənciri ilə bağlı xərcləri xarakterizə edən indekslər son aylar azalsa da ümumilikdə yüksək olaraq qalır.

Xarici mənşəli xərc amilləri istehlakçı qiymətləri ilə yanaşı istehsalçı qiymətlərinə də təsir edir. İstehsalçı qiymətləri indeksi qeyri-neft sənaye məhsulları üzrə və kənd təsərrüfatı məhsulları üzrə avqustda müvafiq olaraq 0.1% və 1% artmışdır. Son 1 ildə isə bu göstəricilərin artımı müvafiq olaraq 16.5% və 19.3% təşkil etmişdir.

İnflyasiya gözləntiləri ötən iclasdan bəri əsasən sabit qalmışdır. Real sektor müəssisələri arasında aparılan monitorinqin nəticələrinə görə inflyasiya gözləntiləri avqustda əvvəlki ayla müqayisədə tikintidə azalmış, xidmət sektorunda demək olar ki, sabit qalmış, ticarətdə və qeyri-neft sənayesində isə cüzi yüksəlmişdır.

İlin sonuna illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır. Dünya ərzaq qiymətlərinin gözlənilən dəyişimi və 2022-ci il inflyasiyasının yüksək bazası nəzərə alınmaqla 2023-cü ilə illik inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilmişdir.

Monetar şərait. Ötən iclasdan bəri monetar şərait inflyasiyaya azaldıcı təsir göstərməkdə davam etmişdir.

Manatın nominal effektiv məzənnəsinin 8 ayda 6.1% möhkəmlənməsi cari ildə inflyasiyaya məhdudlaşdırıcı təsir edən əsas amillərdən biri olmuşdur. İyul və avqust aylarında bəzi tərəfdaşlarda milli valyutaların ucuzlaşması nominal effektiv məzənnəyə əlavə artırıcı təsir etmişdir.

Pul siyasəti üzrə yeni əməliyyat çərçivəsinin tətbiqinə başlanılması həm cari dövrdə, həm də ortamüddətli dövrdə qiymət sabitliyinin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

01.09.2022-ci il tarixindən pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılması gözlənildiyi kimi sterilizasiya əməliyyatlarının həcminin artması ilə müşaiyət olunur. Belə ki, bank sisteminin likvidlik mövqeyində struktur profisitinin mövcudluğu şəraitində Mərkəzi Bankın sterilizasiya alətlərinə, xüsusən də sterilizasiya yönümlü daimi imkanlar alətinə tələbat yüksəkdir. Sentyabr ayının 15-dən başlayaraq banklar tərəfindən məcburi ehtiyatların yeni normalara uyğun saxlanılmasına başlanılması da likvidliyin idarə olunması vasitəsilə inflyasiya proseslərinə azaldıcı təsir göstərir.

Yeni çeşiddə sterilizasiya əməliyyatlarının işə düşməsi ilə əlaqədar olaraq ilin sonuna pul təklifinin artım proqnozu azaldılmışdır.

Fiskal əməliyyatların monetar şəraitə təsiri və banklararası bazardakı vəziyyətdən asılı olaraq ilin qalan dövründə əlavə sterilizasiya məqsədilə müxtəlif müddətlər üzrə not və REPO hərraclarının keçirilməsinə baxıla bilər.

Monetar alətlərin yeni konfiqurasiyada tətbiqi, eləcə də alternativ əməliyyat platformasının təklif olunması banklararası kredit bazarına da müsbət təsir etməkdədir. Sentyabr ayının ötən dövründə “Blumberq” ticarət sistemində ümumilikdə 101 mln. manat məbləğində 12 əqd bağlanmışdır.

Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlik səviyyəsində, eləcə də depozit və kredit faizləri üzrə nominal faiz dərəcələrində cüzi yüksəlmə qeydə alınmışdır.

2022-ci ilin avqust ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 0.8%, ilin əvvəlinə nəzərən 11.8%, ötən ilin eyni ayına nəzərən isə 22.6% artmışdır. Mərkəzi Bankın tətbiq etdiyi pul siyasətinin və makroprudensial siyasətin kredit aktivliyinə təsirlərinin tədricən güclənəcəyi gözlənilir.

Risklər balansı. İnflyasiya üzrə risklər balansında ötən iclasdan bəri əhəmiyyətli dəyişiklik olmamışdır.

İnflyasiyanı artıra biləcək amillər əsasən xarici mənşəlidir. Xarici mənşəli risklərə əsasən geosiyasi gərginlik və COVİD-19-a yoluxma hallarının artması fonunda daşınma-logistika xərclərinin yenidən artması və dünya əmtəə qiymətlərinin tədricən azalması proqnozlarının qarşıdakı dövrdə özünü doğrultmaması, nəticədə tərəfdaş ölkələrdə inflyasiyanın yüksəlməsi aiddir. Bu risklər hökumətin və Mərkəzi Bankın koordinasiya olunmuş antiinflyasiya tədbirləri, o cümlədən adekvat monetar şəraitin təmin edilməsi ilə idarə ediləcəkdir. Mərkəzi Bank tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi monetar şəraiti daha effektiv tənzimləməyə imkan verir. 2023-cü il və orta müddətli dövrdə məcmu tələbin izafi artımına yol verilməməsi də dayanıqlı makroiqtisadi sabitliyi, o cümlədən qiymət sabitliyini dəstəkləyəcəkdir.

Pul siyasətinə dair növbəti qərarlar qlobal mühitdə gedən proseslərin ölkə daxilindəki inflyasiya proseslərinə və maliyyə bazarlarına təsirləri, habelə daxili və xarici risk amillərinin balansı nəzərə alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 16 sentyabr 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti qәrarına dair növbəti açıqlama 2022-ci il oktyabr ayının 28-də veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Banner
Banner
  • AMB
  • faiz dəhlizi
  • qərar
Paylaş

Digər xəbərlər

“Xalq Bank”ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə - DƏSTƏK
Bank 9 Fev 2023
“Xalq Bank”ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə - DƏSTƏK
Yelo Bank Türkiyəyə ianə köçürmələrini - KOMİSSİYASIZ ETDİ
Bank 9 Fev 2023
Yelo Bank Türkiyəyə ianə köçürmələrini - KOMİSSİYASIZ ETDİ
Mərkəzi Banka korporativ idarəetmə standartları ilə bağlı yeni layihə - TƏQDİM EDİLİB
Bank 9 Fev 2023
Mərkəzi Banka korporativ idarəetmə standartları ilə bağlı yeni layihə - TƏQDİM EDİLİB
İnvestisiya Holdinqi: "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi gündəmdə deyil"
Bank 9 Fev 2023
İnvestisiya Holdinqi: "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi gündəmdə deyil"
DİQQƏT! Zəlzələdən zərəçəkənlərə dəstək üçün - "ZİRAAT BANK AZƏRBAYCAN"IN VİDEO TƏLİMATI
Bank 9 Fev 2023
DİQQƏT! Zəlzələdən zərəçəkənlərə dəstək üçün - "ZİRAAT BANK AZƏRBAYCAN"IN VİDEO TƏLİMATI
AccessBank tender - ELAN EDİR
Bank 9 Fev 2023
AccessBank tender - ELAN EDİR
İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün - ƏLÇATANDIR
Bank 9 Fev 2023
İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün - ƏLÇATANDIR
“Banklar haqqında” Qanuna əcnəbi əmanətçilərlə bağlı - DƏYİŞİKLİK EDİLİR
Bank 9 Fev 2023
“Banklar haqqında” Qanuna əcnəbi əmanətçilərlə bağlı - DƏYİŞİKLİK EDİLİR
"Ziraat Bank Azərbaycan"ın mobil bankçılıq tətbiqi ilə zəlzələdən zərərçəkənlərə dəstək olmaq - DAHA DA ASANLAŞDI - VİDEO
Bank 9 Fev 2023
"Ziraat Bank Azərbaycan"ın mobil bankçılıq tətbiqi ilə zəlzələdən zərərçəkənlərə dəstək olmaq - DAHA DA ASANLAŞDI - VİDEO
Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
Bank 8 Fev 2023
Zəlzələdən zərərçəkənlərə ABB mobile-la yardım imkanı!
Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
Bank 8 Fev 2023
Unibank: Türkiyəyə ianə köçürmələrindən - VERGİ VƏ KOMİSSİYA TUTULMUR
AccessBank-dan - TÜRKİYƏYƏ DƏSTƏK
Bank 8 Fev 2023
AccessBank-dan - TÜRKİYƏYƏ DƏSTƏK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycanda Bolt sürücüsünə 267 manat bəxşiş verilib - 1 nəfər il ərzində 1755 dəfə istifadə edib
    15:54 9 Fev 2023
  • Azərbaycan Televiziyası –TENDER ELAN ETDİ
    15:47 9 Fev 2023
  • Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - MƏBLƏĞ
    15:44 9 Fev 2023
  • "Aktif Elektrik" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:36 9 Fev 2023
  • Dövlət Xidməti uyğunluğu qiymətləndirən qurumların fəaliyyətinə - NƏZARƏTİ GÜCLƏNDİRİB
    15:35 9 Fev 2023
  • Türkiyədə zəlzələdə ölənlərin sayı - 14 351 NƏFƏRƏ ÇATIB
    15:30 9 Fev 2023
  • "5A Construction" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:29 9 Fev 2023
  • Prezident İTV-yə 940 500 manat ayırdı - SƏRƏNCAM
    15:24 9 Fev 2023
  • “Qızıl Ulduz 2001” şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:23 9 Fev 2023
  • Türkiyəyə yardım edən Azərbaycan şirkətləri və şəxsləri – SİYAHI, MƏBLƏĞLƏR, YENİLƏNİR
    15:16 9 Fev 2023
  • Kliniki Tibbi Mərkəz - TENDER ELAN ETDİ
    15:14 9 Fev 2023
  • Təhsil Tələbə Krediti Fondu - TENDER ELAN ETDİ
    15:08 9 Fev 2023
  • “Xalq Bank”ın əməkdaşlarından Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə - DƏSTƏK
    15:07 9 Fev 2023
  • Dövlət Xidməti 2022-ci ilin yekunlarına dair - Mətbuat Konfransı Keçirib
    15:03 9 Fev 2023
  • Yelo Bank Türkiyəyə ianə köçürmələrini - KOMİSSİYASIZ ETDİ
    14:56 9 Fev 2023
  • Azərpambıq Aqrar Sənaye Kompleksi – TENDER ELAN ETDİ
    14:53 9 Fev 2023
  • İndiyədək Bakıdan Türkiyəyə - 35 TIR YARDIM GÖNDƏRİLİB
    14:50 9 Fev 2023
  • BP-Azərbaycan 2022-ci ilin nəticələrini açıqladı – TAM HESABAT
    14:49 9 Fev 2023
  • Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan - VƏSAİT ARTIB
    14:45 9 Fev 2023
  • Daha 5 şirkətə “Startap” - ŞƏHADƏTNAMƏSİ VERİLDİ
    14:34 9 Fev 2023
  • Mərkəzi Banka korporativ idarəetmə standartları ilə bağlı yeni layihə - TƏQDİM EDİLİB
    14:31 9 Fev 2023
  • Ərdoğan: "Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb"
    14:27 9 Fev 2023
  • Dövlət Neft Fondu – TENDER ELAN ETDİ
    14:24 9 Fev 2023
  • “Azərpoçt” zəlzələdən zərərçəkənlərə - YARDIM QƏBULUNA BAŞLADI - SİYAHI
    14:21 9 Fev 2023
  • bp şirkətində işləyən Azərbaycan vətəndaşlarının - SAYI ARTIB
    14:16 9 Fev 2023
  • bp-Azərbaycandan 2022-ci ilin yekunları üzrə - HESABAT
    14:13 9 Fev 2023
  • Dövlət qurumu anbar təyinatlı bina - İCARƏYƏ GÖTÜRÜR
    14:12 9 Fev 2023
  • Qarabağda icarəsinə icazə verilən torpaqların sahəsi - AÇIQLANIB
    14:08 9 Fev 2023
  • Tərcümə xidmətlərinin alınması ilə bağlı - TƏKLİFLƏR SORĞUSU
    14:05 9 Fev 2023
  • Elxan Əsədov: "Binaların panelləri, zirzəmidə bünövrələr dağıdılıb. Ən böyük bəlamız budur"
    13:25 9 Fev 2023
  • “Norm” Türkiyəyə 1.600,000 TL dəyərində - HUMANİTAR YARDIM GÖNDƏRİB
    13:21 9 Fev 2023
  • Müdafiə Nazirliyi Türkiyəyə yardım göndərib - FOTOLAR
    13:16 9 Fev 2023
  • Azərbaycanda 4 auditor təşkilatının - FƏALİYYƏTİ DAYANDIRILIB
    13:12 9 Fev 2023
  • İnvestisiya Holdinqi: "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi gündəmdə deyil"
    13:06 9 Fev 2023
  • Qar kəsiləcək - SABAHIN HAVA PROQNOZU
    13:02 9 Fev 2023
  • Azərbaycanda səhmdar cəmiyyətlərin - 94%-İ ÖZƏLLƏŞDİRİLİB
    12:56 9 Fev 2023
  • MTN generalının bu əmlakları - ÖZÜNƏ QAYTARILDI
    12:48 9 Fev 2023
  • Dəftərxana və təsərrüfat xərcləri ilə bağlı - TENDER ELANI
    12:47 9 Fev 2023
  • "Azercell"dən Türkiyəyə dəstək məqsədilə - İANƏ İMKANLARI
    12:42 9 Fev 2023
  • Onlayn işləyənlərdən vergi tutulmaması - TƏKLİF EDİLİB
    12:37 9 Fev 2023
  • Dövlət qurumu 9 avtomobil üçün 531 min manat ödəyəcək - TENDER NƏTİCƏSİ
    12:35 9 Fev 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:33 9 Fev 2023
  • "Köç dalğası yaşanarsa, Azərbaycanın Miqrasiya Məcəlləsinə yenidən baxıla bilər"
    12:28 9 Fev 2023
  • "Təmiz Həyat" məhkəməyə verildi - SƏBƏB
    12:21 9 Fev 2023
  • “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun - Həbs Müddəti Uzadılıb
    12:18 9 Fev 2023
  • "Best Supply Company" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:14 9 Fev 2023
  • Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları - 25%-DƏN ÇOX ARTIB
    12:13 9 Fev 2023
  • Qazaxıstan “Xəzər Düyünü” - Konteyner Qovşağı Tikəcək
    12:08 9 Fev 2023
  • Dövlət Vergi Xidmətinin geyim formalarının yeni tələbləri - MÜƏYYƏN EDİLİB
    12:01 9 Fev 2023
  • Dövlət Agentliyi binalarda zəlzələyədavamlılıqla əlaqədar - ÇAĞIRIŞ EDİB
    11:54 9 Fev 2023
  • "Buta Farm" iki maddə üzrə - MƏHKƏMƏYƏ VERİLİB
    11:46 9 Fev 2023
  • Torpaqların icarəsi ilə bağlı - 480 MÜRACİƏTƏ MÜSBƏT CAVAB VERİLİB
    11:46 9 Fev 2023
  • “SOCAR Türkiyə” zəlzələ baş verən vilayətlərdə pulsuz yanacaqla təmin edən - YDM-LƏRİN SAYINI ARTIRIB
    11:41 9 Fev 2023
  • Ötən il 1095 dövlət əmlakı özəlləşdirilib
    11:39 9 Fev 2023
  • DİQQƏT! Zəlzələdən zərəçəkənlərə dəstək üçün - "ZİRAAT BANK AZƏRBAYCAN"IN VİDEO TƏLİMATI
    11:38 9 Fev 2023
  • Nar Naxçıvanda 4G şəbəkəsini - İSTİFADƏYƏ VERDİ!
    11:37 9 Fev 2023
  • İşğaldan azad edilən ərazilərdə - 14 MİN ƏMLAK QEYDİYYATA ALINIB
    11:33 9 Fev 2023
  • "Korkmaz Group" və "Sabah Residence" MTK - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    11:32 9 Fev 2023
  • AccessBank tender - ELAN EDİR
    11:31 9 Fev 2023
  • İnvestor ola bilərsiniz – “Leobank”ın yeni xidməti artıq istifadəçilər üçün - ƏLÇATANDIR
    11:28 9 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!