Bank sektorunun fəal iştirakçılarından olan «Expressbank»ın depozit və əmanət portfeli böyüyüb.
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarımsında «Expressbank»ın depozit portfeli 15 milyon və ya 6% artaraq təqribən 278 milyon manata yüksəlib.
Xatırladaq ki, ilin əvvəlində depozit portfeli 262 milyon manat idi.
Bu müddət ərzində bankdakı əmanətlərin həcmi 35 milyon manat və ya 17% artaraq 237 milyon manata yüksəlib.