«Expressbank» müştərilərə təklif etdiyi “Kalssik” və “Mücrü” əmanəti üzrə faiz dərəcələrini artırıb.
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə artımlar qeydə alınıb.
Azərbaycan banklarında ən sərfəli - MANAT ƏMANƏTLƏRİ - SİYAHI, ŞƏRTLƏR (Fevral, 2024)
Bankın əvvəlki ayda açıqladığı “Kalssik” məhsulunda manatda faizlər aylıq ödənildikdə 6 aylıq əmanətlərdə 6%, 12, 18, 24 və 36 aylıq əmanətlərdə isı 9,5% müəyyən edilmişdi. Fevralda isə əmanətlər üzrə illik gəlirlilik dərəcəsi 6 və 12 aylıq əmanətlərdə dəyişməz qalsada, 18, 24 və 36 aylıq əmanətlər üzrə 10%-ə qalxıb.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə faiz göstəricilərində artım var. Belə ki, əvvəlki ayla müqayisədə faizlər 6 və 12 aylıq əmanətlər üzrə dəyişməz olaraq qalıb, 18 aylıq əmanətlərdə isə 10,25%-dən 10,5%-ə, 24 aylıq əmanətlərdə 10,5%-dən 11%-ə, 36 aylıq əmanətlərdə isə 11%-dən 11,5%-ə qalxıb.
Bankın təklif etdiyi başqa bir əmanət paketi olan “Mücrü” əmanət paketi üzrədə faiz göstəricilərində artımlar var. Əvvəlki ayda sözügedən əmanət paketi üzrə manatda 12 aylıq əmanətlər üzrə aylıq əsaslarla 8%, müddətin sonu ödəniş olunduqda isə 8,5% gəlirlik dərəcəsi müəyyən edilmişdi. Fevralda isə əmanət üzrə müddət 12, 18 və 24 ay müəyyən edilib.
Faizlərin aylıq əsaslarla ödənildiyi variantda 12 aylıq əmanətlərdə 8,5%, 18 aylıq əmanətlərdə 8,75% və 24 aylıq əmanətlərdə 9% təyin edilib. Faizlərin müddətin sonunda ödənildiyi variantda isə göstəricilər müvafiq olaraq 12 aylıq əmanətlərdə 9%, 18 aylıq əmanətlərdə 9,5% və 24 aylıq əmanətlərdə 10% təyin edilib
Qeyd edək ki, xarici valyuta üzrə faizlərdə dəyişiklik yoxdur.