Komandamız hər zaman sizə maraqlı olan mövzulara toxunmağa çalışır. Bu mövzulardan biri də son zamanlar nəinki bütün dünyada, o cümlədən Azərbaycanda da aktual olan rəqəmsal bankçılıq mövzusudur.
Gənc nəslin xüsusilə böyük maraqla istifadə etdiyi rəqəmsal bankçılıq son dövrlərdə ənənəvi bankçılığı sıxışdırmağa başlamışdır. Buna görə də ənənəvi bankçılıq üsulları zəifləməyə başlamış və nəticədə bu proses gələcəkdə ənənəvi bankçılıq üsullarının sonuna gətirə bilər.
Millenium və ya minilliyin nəsli adlandırılan, yəni 1980-ci ildə doğulub 2000-ci ildə həddi-buluğa çatan insanlardan ibarət nəsil əsasən rəqəmsal bank sistemlərindən istifadə etmə istiqamətini seçir. İnsanların ənənəvi bankçılığa olan bağlılığının azalmasının əsas səbəbi rəqəmsal bankçılıq sisteminin vaxt itkisinə yol vermədən, çox uzun növbələr gözləmədən, asan və rahat başa gəlməsidir, bir qədər də bəzi istiqamətlərdə qənaət etmək imkanının yaradılmasıdır. Deməli, rəqəmsal bankçılığın əsas üstünlüyü məhz banka getmədən bank xidmətlərindən istifadə edə bilməkdir. Bunun üçün sadəcə mobil telefonunuzda bankların təklif etdiyi mobil applikasiyanı yükləyirsiniz və rahatlıqla öz hesablarınızı, pullarınızı idarə edə bilir və o cümlədən çoxsaylı bank xidmətlərindən yararlana bilirsiniz. Azərbaycanda bu sistem bir sıra banklarda tətbiq olunur.
Bank industriyasının gələcəyi ilə bağlı vəziyyəti aydınlaşdırmaq və proqnozlar vermək məqsədilə biz “Business Insider”in tədqiqat xidməti olan “BI Intelligence” tədqiqat analitiki Con Heggestuen-in bank xidmətlərindən istifadə edən 18-34 yaş arasında 1500 nəfər gənclə apardığı bankçılıq vərdişləri ilə bağlı sorğunun nəticəsində alınan yekunları sizin diqqətinizə çatdırırıq.

- Bank filialları və şöbələri “tarixə yazılacaq”. Bank filialları və şöbələri köhnəlib keçmişdə qalacaq, lakin bunun üçün xeyli müddət tələb olunur, yəni onların bütünlüklə ortadan qalxması müəyyən vaxt aparacaqdır. Buna təkan verən istiqamətlər isə onlayn bankçılıq kanallarının inkişaf etməsi, bankları, onların şöbə və filiallarını ziyarət etmə vərdişinin tədricən yoxa çıxması və filiallarda müştəri üçün artıq xərcin yaranmasına gətirib çıxaran, tranzaksiyaya görə alınan yüksək komisyon haqlarıdır.
- Sürətli banklar rəqabətə davam gətirə biləcəkdir. Sürətli olmayan banklar müştərilərini və onlarla olan əlaqələrini itirəcəklər. Müştərilər üçüncü tərəf olan texnologiya şirkətləri (fintex) tərəfindən təqdim olunan rəqəmsal bank sistemlərinə keçəcəklər. Bu isə bank və müştərilər arasındakı əlaqələri dağıdacaq və banklar həm brendinq, həm də satış imkanlarını itirəcəklər.
- ATM-lər az istifadə olunacaq. ATM-lər də köhnə telefon köşkləri kimi eyni taleyi bölüşəcəklər, çox az istifadə ediləcək və yalnız pul çıxartmaq və ya pul yerləşdirmək əməliyyatları üçün istifadə olunacaqlar. Lakin nəzərə alsaq ki, nəğd pul və çek transzaksiyalarının sayı da aşağı düşəcək, bəlkə o zaman onlara da filiallarla olduğu kimi heç bir ehtiyac duyulmayacaqdır.
- Ağıllı telefonlar müştəri həyatının əsas ayrılmaz hissəsinə çevriləcəkdir. Smartfonlar əsas bank kanalına çevriləcəkdir. Onlar bank şöbələrindəki məsləhətçilərdən və ya səlahiyyətli şəxslərdən fərqli olaraq daha çox məlumat verə bilmək potensialına malikdir, çünki müştəri istənilən yerə gedərkən həmin ağıllı telefonları özü ilə apara bilər və rahatlıqla ona lazım olan istifadəçi məlumatını asanlıqla əldə edə və toplaya bilər, o cümlədən çoxdan bəri tətbiq edilən ödəmə apara bilmək üsulundan istifadə edə bilər. Ona görə də gələcəkdə rəqabətə davam gətirən banklar məhz smartfonlar (yəni ağıllı telefonlar) üçün uyğunlaşdırılmış və optimallaşdırılmış bank xidmətləri təklif edən banklar olacaqdır.
Düşünürük ki, gələcəkdə reallaşması ehtimal edilən bu əsas məqamlar bizləri daha çox rəqəmsal aləmdən asılı vəziyyətə salacaq və əvəzində isə vaxta qənaət etmək, bankda uzun növbələr gözləməmək, rahatlıq və asanlıq kimi imkanlar yaradacaqdır.
Mənbə: www.businessinsider.com