2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların personal xərclərində ciddi artım qeydə alınıb.
Renkinqə "AFB Bank" ASC başçılıq edir. Bankın əmək haqqı xərcləri illik müqayisədə 57,5% artaraq mütləq ifadədə 4 milyon 436 min manat böyüyüb.
İkinci yerdə "Ziraat Bank Azərbaycan" ASC qərarlaşıb – burada artım 26,9% və ya 2 milyon 620 min manat olub.
"Azər Türk Bank" ASC 23,4% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 6 milyon 761 min manat).
Mütləq ifadədə ən böyük artım "Azərbaycan Beynəlxalq Bankı" ASC-də qeydə alınıb – 43 milyon 221 min manat. Faizlə artım isə 23,1% təşkil edərək bankı dördüncü sırada qərarlaşdırıb.
Siyahının ilk beşliyini "TuranBank" ASC tamamlayır. Bankın əmək haqqı xərcləri 19,8% və ya 3 milyon 982 min manat artıb.












