"2019-cu il Azərbaycanın bank sektoru üçün 2018-ci il kimi durğunluq dövrü oldu".
FED.az məlumat verir ki, bunu açıqlamasında bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib.
Eləcə də bax: Mərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı - YENİ QƏRAR
"İl ərzində sektorun problemləri dərinləşmədi, sadəcə həmin problemlər qismən həll olundu. Bu da dövlətin hesabına baş verdi. Ölkə prezidentinin 28 fevral 2019-cu ildə imzaladığı "Fiziki şəxlsərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanla ABŞ dolları ilə götürülmüş istehlak kreditlərinə dair vəziyyət sabitləşdirildi.
2016-cı ildə təsdiq olunmuş "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, 2018-ci ilin sonuna qədər bank sektoru sağlamlaşdırılmalı idi, amma bu proses 2019-cu ilin sonuna qədər də baş vermədi. Bir neçə bank ağır vəziyyətdədir. Müsbət məqam o oldu ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edilərək səlahiyyətləri Azərbaycan Mərkəzi Bankına (AMB) verildi. Çünki, MBNP işinin öhdəsindən gəlmirdi, AMB ilə də əməkdaşlıq etmirdi, iki qurum banklardakı vəziyyətə görə bir-birini ittiham edirdi, bundan sonra isə belə ittihamlar olmayacaq.
2020-ci ildə AMB-nin rəhbərinin dəyişdiriləcəyinə ümid edirəm, düşünürəm ki, Elman Rüstəmov vəzifəsində qalsa, bank sektorunda irəliləyiş olmayacaq. Onun səlahiyyət müddəti gələn ilin aprel ayında başa çatır və gözləyirəm ki, bu tənzimləyici qurumun rəhbərliyinə yeni kadr gələcək, vəziyyəti dəyişəcək, xüsisilə də bank qanunvericiliyində dəyişiklik edəcək və sektoru sağlamlaşdıracaq", - deyə o, qeyd edib.
Renkinq