Bu ilin II rübündə "Yelo Bank"ın depozit portfelinin həcmi 807,8 milyon manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Onun da 634,4 milyon manatı fiziki, 173,4 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Əhalinin əmanətləri son bir ildə 63 milyon manat (11%) artıb.