Əhalinin Azərbaycanda əhalinin son 1 ildə ən çox istifadə etdiyi banklar və bank xidmətləri məlum olub.
FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Həyat tərzi» araşdırmasında məlum olub.
Sorğunun nəticəsi göstərir ki, əhali ən çox nağd kredit və taksit kart üçün banklara müraciət edib. Araşdırmadan məlum olub ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka nağd kredit borcu var. Bunun üzərinə taksit kartından olan borcları da nəzərə alsaq, məbləğin bir az da böyüdüyünün şahidi oluruq. Banklara əmanət yerləşdirənlər isə cəmi 3% təşkil edib.
Son 1 ildə bank xidmətlərindən yararlananların istifadə etdiyi xidmətlər aşağıdakı kimi olub:
Nağd kredit xidmətindən istifadə edənlər 73,8%, etməyənlər 26,2% təşkil edib.
Pul köçürməsi xidmətindən istifadə edənlər 74,3%, etməyənlər 25,7% olub.
Kredit/Taksit kartı xidmətindən istifadə edənlər 83,7%, etməyənlər 16,3% olub.
Debet kart xidmətindən istifadə edənlər 90,3%, etməyənlər 9,7% təşkil edib.
Son 1 ildə banklara əmanət yerləşdirənlər 3%, yerləşdirməyənlər 97% olub.
Ümumilikdə son 1 ildə bank xidmətlərindən istifadə etməyənlər 51,6% təşkil edir (ATM xidmətlərindən istifadə edənlər xaric).
Araşdırmadan məlum olur ki, əhali ən çox müraciət etdiyi bank “Kapital Bank”dır. Belə ki, respondentlərin 12,9%-i ən çox pul köçürməsini “Kapital Bank” üzərindən edib. Bu bank üzrə nağd kreditlərdən faydalanan iştirakçılar 9,8% olub. Kredit/Taksit kartından istifadə edənlər 11,7%, Debet kart 4,2% təşkil edib. Ən çox əmanət qoyuluşu 0,7%-lə “Kapital Bank”ın payına düşüb.
Əhali ən çox müraciət etdiyi ikinci bank “Unibank” olub. Bank üzrə pul köçürməsi 4,1%, nağdı kredit 3,7%, kredit/taksit kartından istifadə edənlər 2,6%, debet kartdan istifadə 1,9%, əmanət qoyuluşu isə 0,4% olub.
Respondentlərin xidmətindən ən çox istifadə etdiyi üçüncü bank isə “Azərbaycan Beynəlxalq Bank” olub. Bank üzrə pul köçürməsi 3,2%, nağdı kredit 2,7%, kredit/taksit kartından istifadə 0,3 %, debet kartdan istifadə 1,0%, əmanət qoyuluşu isə 0,2% olub.
Sorğu iştirakçılarının xidmətindən ən çox istifadə etdiyi dördüncü bank “AccessBank” olub. Bank üzrə pul köçürməsi 3,0%, nağdı kredit 2,0 %, kredit/taksit kartından istifadə 0,1 %, debet kartdan istifadə 0,4 %, əmanət qoyuluşu isə 0,2% olub.
“Bank of Baku” sorğu iştirakçılarının xidmətindən ən çox istifadə etdikləri beşinci bank olub. Bank üzrə pul köçürməsi 2,5%, nağdı kredit 1,8%, kredit/taksit kartından istifadə 1,3 %, debet kartdan istifadə 0,9%, əmanət qoyuluşu isə 0,2% olub.
“Bank Respublika”nın isə cəmi üç xidmətindən istifadə olunub. Bank üzrə pul köçürməsi 1,9%, nağdı kredit 2,3%, əmanət qoyuluşu isə 0,2% olub.
“Rabitəbank” üzrə pul köçürməsi 1,1%, nağdı kredit 1,4%, kredit/taksit kartından istifadə 0,4 %, debet kartdan istifadə 0,4%, əmanət qoyuluşu isə 0,2% olub.
“Expressbank” üzrə pul köçürməsi 0,8 %, nağdı kredit 0,9%, kredit/taksit kartından istifadə 0,3 %, debet kartdan istifadə 0,5%, əmanət qoyuluşu isə 0,5% olub.
“TuranBank” üzrə pul köçürməsi 0,7%, nağdı kredit 0,6%, kredit/taksit kartından istifadə 0,1 %, debet kartdan istifadə 0,1%, əmanət qoyuluşu isə 0,1% olub.
“YeloBank” üzrə pul köçürməsi 0,5%, nağdı kredit 0,4%, kredit/taksit kartından istifadə 0,1 %, debet kartdan istifadə 0,3%, əmanət qoyuluşu isə 0,2% olub.
Qeyd edək ki, 2020-ci ilin mart ayında aparılan «Həyat tərzi» araşdırması ümumilikdə 10 sahəni əhatə edib.
Yaşı 18-64 olan 1 242 nəfər arasında aparılan araşdırmada iştirakçıların 48,6% xanımlar, 51,4% kişilər olub.
İştirakçıların 54,4%-i orta, 26,6%-i ali, 19%-i isə orta ixtisas təhsilli olub.
Respondentlərin orta aylıq gəlirləri 555 AZN, ailənin orta aylıq gəliri 780 AZN olub. Gəliri olmayanlar 29,8%, özünün orta aylıq gəliri haqqında cavab verməyənlər 10,3%, ailəsinin orta aylıq gəliri haqqında cavab verməyənlər 24,% olub.