Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Bank

  1. Ana səhifə
  2. Bank
  1. Bank

Dünyanın aparıcı banklarından birində İcraçı Direktor işləyən azərbaycanlı ilə - MÜSAHİBƏ

Dünyanın aparıcı banklarından birində İcraçı Direktor işləyən azərbaycanlı ilə - MÜSAHİBƏ | FED.az
10:57 1 Fev 2021

Forbes jurnalı həmyerlimiz, dünyanın aparıcı banklarından olan, 450 mlrd. İsveçrə frankından (CHF) çox aktivləri idarə edən, İsveçrənin Bank Julius Baer Qrupunun Julius Baer CIS (Müstəqil Dövlət Birliyi) üzrə İcraçı Direktoru, Rusiya, Mərkəzi və Şərqi Avropa Regionunda İnstitusional Biznesin rəhbəri Fəqan Nağıyevlə müsahibəni dərc etmişdir.

Vyana İqtisadiyyat və Biznes Universitetinin, habelə ABŞ-ın Minnesota Universitetinin  top-menecerlərə istiqamətlənmiş  Global EMBA ( Global Executive Master of Business Administration) birgə proqramını uğurla başa vuran Fəqan Nağıyev proqramla, habelə pandemiya dövründə professional təhsillə bağlı fikirlərini Forbes jurnalı ilə bölüşüb. Marja.az mövzunun aktuallığını nəzərə alaraq müsahibənin tərcüməsini qısa ixtisarlarla diqqətinizə çatdırırıq.

Eləcə də bax: “AccessBank” güzəştli aqrokreditlər - Təklif Edir - MÜSAHİBƏ

Haşiyə: Linkedin məlumata əsasən, Fəqan İlham oğlu Nağıyev 2005-ci ildə Azərbaycan Universitetinin hüquq fakultəsini fərqlənmə ilə bitirib. 2015-2020 -ci illərdə Julius Baer Akademiyasında, İtaliyanın Bacconi Universitetində, Honq Konqun City (CityU) Universitetində və Hindistanın Biznes Məktəbində (Indian School of Business) ixtisasartırma kursaları keçib. 2019-2020-ci illərdə Vyana İqtisadiyyat və Biznes Universitetinin və ABŞ-ın Minnesota Universitetinin birgə Global EMBA proqramını bitirib.

Bank sahəsində əmək fəaliyyətinə 2007-ci ildə ABB-də başlayan Fəqan Nağıyev, 2008-2014-cü illərdə ABB-Moskva Bankında şöbə müdiri,  Departament direktoru, İcraçı Direktor  kimi müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildən əmək fəaliyyətini İsveçrənin Bank Julius Baer Qrupunda davam etdirən F.Nağıyev 2015-2020-ci illərdə investisiya xidmətləri və aktivlərin idarə edilməsi üzrə ixtisaslaşan, Julius Baer Investment Advisory GesmbH (Avstriya) Direktor, daha sonra isə İcraçı Direktor vəzifəsində çalışmışdır. 2020-ci ildən Julius Baer CIS üzrə İcraçı Direktor, Rusiya, Mərkəzi və Şərqi Avropa Regionunda İnstitusional Biznesin rəhbəri vəzifəsində çalışır.

-Siz nə üçün məhz EMBA proqramını seçdiniz? Biznes-təhsilin qarşısında hansı hədəfləri qoymuşdunuz?

-Azərbaycanın, Rusiyanın və İsveçrənin maliyyə-bank strukturlarında 14 illik iş təcrübəsinə malik olan bir şəxs kimi, birmənalı şəkildə deyə bilərəm ki, mənim əsas məqsədim karyerada irəliləmək yox, həyatda öz baxışlarımı yenidən qiymətləndirmək, strateji menecment, marketinq, layihələrin idarə edilməsi və sair sahələrdə biliklərimi genişləndirmək arzusu idi.

-Siz təhsil proqramını seçərkən hansı biznes-məktəbləri nəzərdən keçirmisiniz? Nəyə görə məhz WU-da təhsil proqramını seçdiniz?

-Vyanada yaşaydığımı nəzərə alaraq, mən yalnız Avropada, əsasən İngiltərədə təhsil variantlarını nəzərdən keçirirdim. 2018-ci ilin noyabrında təsadüfən Vyana İqtisadiyyat və Biznes Universitetində (WU Executive Academy) Global Executive MBA (GEMBA) proqramının banner reklamını gördüm və oraya sorğu göndərdim.  Lazımlı sənədlər paketini təqdim etdikdən və sınaq imatahanlarından sonra məni GEMBA proqramına qəbul etdilər.

Haşiyə. Global Executive MBA – WU Executive Academy (Vyana, Avstriya) və Carlson School of Management (Minneapolis, ABŞ) nüfuzlu biznes-məktəblərin birgə proqramıdır. Proqramı uğurla bitirənlər ABŞ-ın Minnesota Universiteti  və Vyana İqtisadiyyat və Biznes Universitetindən məzun olurlar. (Forbes)

-Seçim zamanı mənim üçün mühüm rol oynayan faktorlardan  Global Executive MBA proqramının iki universitetin birgə proqramı olması və Avstriyadan başqa beş ölkədə (Braziliya, Argentina, Çin, Hindistan və ABŞ) modulların keçirilməsini göstərə bilərəm. Üstəlik, təhsil haqqı yaxın rəqiblərlə müqayisədə demək olar ki, 30%-50% aşağı idi. Əlbəttə, o vaxt mən təhsilin keyfiyyəti haqqında mühakimə yürüdə bilməzdim, buna görə də qərar verərkən müxtəlif reytinqləri əsas götürürdüm və həmin reytinqlərdə GEMBA WU müxtəlif parametrlər üzrə layiqli yerləri tuturdu. Məsələn, WU Executive Academy-də GEMBA  AACSB-dan, AMBA-dan və EQUIS-dən akkreditasiyalarına görə “üçqat tac”a malik olan nadir proqramlardan biridir. Beləcə, mənim biliklər aləminə ilyarımlıq maraqlı səyahətim başlandı.

Haşiyə. AACSB (ABŞ), AMBA (Böyük Britaniya) və EQUIS (Avropa İttifaqı) – bütün dünyada biznes-məktəblərini akkreditasiya edən üç ən böyük və nüfuzlu təşkilatdır. Üçqat akkreditasiyaya malik olan cəmi 100-ə yaxın (1%-dən az) biznes-məktəb var. Akkreditasiya edən təşkilatların hər biri müxtəlif aspektləri qiymətləndirir, buna görə biznes-məktəbin “üçqat tac” alması üçün o, çox böyük sayda parametrlərə, o cümlədən pedaqoji heyətin ixtisas səviyyəsi, tədris proqramlarının keyfiyyəti və məzmunu, beynəlmiləllik, hər bir MBA proqramının xarakteristikaları və başqa parametrlərə görə yüksək tələblərə uyğun olmalıdır. (Forbes)

-Sizin təhsil proqramınızın bir hissəsi pandemiya dövrünə düşüb və siz hibrid formatda oxumusunuz. Sizin fikrinizcə, bu fakt təhsilin keyfiyyətinə təsir göstəribmi?

-Biz virus haqqında ilk dəfə 2019-cu ilin dekabrında Asiyaya səfər zamanı eşitdik. Orada iki modulda iştirak etdik - Çində (City University of Hong Kong) və Hindistanda (Indian School of Business, Hyderabad). Bundan əlavə, müxtəlif məşhur yerli şirkətlərdə görüşlər planlaşdırılırdı. Əlbəttə, onda biz heç ağlımıza da gətirə bilməzdik ki, sonradan COVID-19 adı almış virus nəinki bizim adət etdiyimiz həyat tərzimizi, həm də dünyanın bütün iqtisadi-siyasi landşaftını dəyişdirən “qara qu quşu” faktoruna çevriləcək.

Pandemiyanın başlandığı günlərdə WU EA rəhbərliyi bizimlə sıx   əlaqə saxlayırdı və habelə qısa müddətdə hibrid təhsil formatına keçid təşkil edildi. Proqramın qalan yarım ilini COVID-19 və “pandemiya” kimi ifadələrin üstünlük təşkil etdiyi yeni reallıqda keçirdik. Mən indi, geriyə nəzər salaraq, o çətin vaxtlarda WU kollektivinin fəaliyyətini minnətdarlıqla xatırlayıram.

Beləliklə, biz Global Executive MBA proqramı üzrə hibrid formatda təhsil almış ilk tələbələrdən olmuşuq.

-Sizin fikrinizcə, hibrid formatda təhsilin üstünlükləri və mənfi cəhətləri nədən ibarətdir? Netvorkinq (şəbəkədə iş) imkanları necə reallaşdırılıb? Təhsil prosesində faydalı əlaqələr qurmaq imkanı varmı?

-Mən hesab edirəm ki, mövzudan asılı olaraq təhsil modulları düzgün bölüşdürülsə, hibrid rejimdə təhsil optimal formatdır. Təhsilin bir hissəsini oflayn rejimdə, digər hissəsini isə onlayn rejimdə keçmək olar. Məsələn, fikrimcə, statistika və ya maliyyə menecmenti kimi modulları oflayn rejimdə keçmək daha yaxşıdır, amma liderlik modulunu hər hansı keyfiyyət itkisi olmadan, rahatca onlayn formata keçirtmək olar. Proqramın iştirakçılarının müxtəlif ölkələrdən olduqlarını və onların çoxunun təhsil almaqla paralel işlədiyini də nəzərə alsaq, bəzi modulların onlayn rejimdə öyrənilməsi vaxta və maliyyə vəsaitlərinə qənaət etməyə imkan verərdi. Məsələn, mənim kurs yoldaşlarımdan biri CAR-da yaşayır və o proqram zamanı hər ay 4 günlüyə Vyanaya gəlirdi. Təsəvvür etmək çətin deyil ki, ilyarım ərzində hər ay 4 günlüyə CAR-dan Vyanaya və geriyə uçmaq fiziki cəhətdən necə yorucu və maliyyə tərəfdən necə məsrəflidi.

Qeyd etdiyim kimi, tədris proqramının bir hissəsi ABŞ, Hindistan, Çin, Argentina və Braziliya kimi ölkələrdə keçirilirdi. Üstəlik, bizim təhsilimizin əsas hissəsi pandemiyaya qədər oflayn rejimdə keçdiyi üçün iştirakçılar arasında sıx netvorkinq yaranmışdı. Pandemiyaya qədər biz ABŞ-dan başqa bütün ölkələrdə təşkil edilmiş modullarda iştirak edə bildik. Bu səfərlərdən sonra məndə parlaq xatirələr qaldı. Bu səfərlər proqram iştirakçılarının bir-birini daha yaxşı tanımasına və dostluq münasibətlərinin möhkəmlənməsinə kömək etdi.

Sizin sualınıza cavab olaraq isə deyə bilərəm ki, mənim fikrimcə, təhsilin hibrid formatında belə, möhkəm və faydalı əlaqələr qurmağ mümkündür. Habelə, Vyana İqtisadiyyat və Biznes Universitetinin WU Executive Club (dünyanın 85 ölkəsindən 4500 üzvü birləşdirir) və WU EA Connect (şəxsi sosial şəbəkə) kimi effektiv platformaların mövcudluğu da buna imkanı genişləndirir. Təsadüfi deyil ki, 2020-ci ildə GEMBA proqramı netvorkinqin keyfiyyəti üzrə The Economist jurnalının reytinqində dünyada 10-cu yeri, Avropada 4-cü və almandilli ölkələr arasında (Avstriya, Almaniya və İsveçrə) 3-cü yeri tutmuşdur. (Marja)

Banner
Banner
  • Fəqan Nağıyev
  • Forbes
  • Global EMBA
Paylaş

Digər xəbərlər

The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
Bank 21 Mart 2023
The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
Bank 20 Mart 2023
Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
Bank 19 Mart 2023
Bakıda müştərilərin banka qoyduğu 316 min manat və 32 min dollar - DEPOZİT OĞURLANIB
VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
Bank 18 Mart 2023
VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
Bank 18 Mart 2023
Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
Bank 18 Mart 2023
ABB Sumqayıtda daha bir - FİLİAL AÇDI!
Azərbaycanda hər pensiyaçının banka orta hesabla - 758 MANAT BORCU VAR
Bank 17 Mart 2023
Azərbaycanda hər pensiyaçının banka orta hesabla - 758 MANAT BORCU VAR
Azərbaycanda Mərkəzi Banka ən çox pul ödəyən – BANKLAR MƏLUM OLDU
Bank 17 Mart 2023
Azərbaycanda Mərkəzi Banka ən çox pul ödəyən – BANKLAR MƏLUM OLDU
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə - 2% KEŞBEK HESABLANACAQ
Bank 17 Mart 2023
Birbank Visa kartları ilə xaricdəki ödənişlərə - 2% KEŞBEK HESABLANACAQ
TuranBank ağacəkmə aksiyasına qoşulub - FOTOLAR
Bank 17 Mart 2023
TuranBank ağacəkmə aksiyasına qoşulub - FOTOLAR
VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
Bank 17 Mart 2023
VTB (Azərbaycan) bayram günləri də - XİDMƏTİNİZDƏDİR!
Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
Bank 16 Mart 2023
Azər Türk Bank müştərilərinə təmassız ödənişlər zamanı - 5% CASHBACK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • FED faiz qərarını açıqladı – 2006-CI İLDƏN SONRA İLK
    01:16 23 Mart 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:50 22 Mart 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    20:46 22 Mart 2023
  • "Xalq Bank" Bakıda və bölgələrdə işçilər Axtarır - VAKANSİYALAR
    20:42 22 Mart 2023
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
    20:37 22 Mart 2023
  • "Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:35 22 Mart 2023
  • "Baku Electronics" çoxsaylı işçilər yığır - VAKANSİYALAR
    20:31 22 Mart 2023
  • "Baku Steel Company LLC" işçi axtarır - VAKANSİYA
    20:29 22 Mart 2023
  • "Rabitabank" işçi axtarır - VAKANSİYA
    20:26 22 Mart 2023
  • "Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
    20:21 22 Mart 2023
  • Azərbaycanın məşhur produsseri Oqtay Əliyev – AVTOMOBİL QƏZASINDA HƏLAK OLUB
    19:47 22 Mart 2023
  • Daha bir ölkənin valyutası dollar qarşısında çökdü – 2 İLDƏ 50 DƏFƏ UCUZLAŞIB
    18:39 22 Mart 2023
  • Ermənistanın Müdafiə Nazirliyi “İtirdiyi” əsgərini tapıb - Gülünc vəziyyətə düşdü
    17:54 22 Mart 2023
  • Bakıya təyyarə ilə gizli şəkildə 93 ədəd “İphone”u - NECƏ GƏTİRMƏK OLAR? - GÖMRÜK MƏLUMAT YAYDI
    14:37 22 Mart 2023
  • Martın 23-nə olan hava proqnozu - AÇIQLANDI
    14:21 22 Mart 2023
  • Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB
    14:17 22 Mart 2023
  • Ruslar Türkiyəyə axışır: Yaratdıqları bizneslər 8 dəfə, aldıqları əmlaklar 3 dəfə artıb
    13:46 22 Mart 2023
  • Almaniyanın özəl klinika şəbəkəsi  Azərbaycanda işləmək üçün -  PREZİDENTƏ MÜRACİƏT ETDİ
    13:14 22 Mart 2023
  • Rusiya hökuməti büdcəni doldurmaq üçün - BİZNESDƏN PUL TOPLAYIR – YENİ QANUN
    11:06 22 Mart 2023
  • Apreldə qeyri-iş günləri açıqlandı - 12 GÜN İŞ OLMAYACAQ
    10:58 22 Mart 2023
  • Azərbaycan nefti sürətli ucuzlaşmadan sonra – YENİDƏN BAHALAŞIR - QİYMƏT
    10:18 22 Mart 2023
  • Azərbaycanda böyük «dəftərxana tenderi» elan edildi – ŞƏRTLƏR, TƏLƏBLƏR
    10:11 22 Mart 2023
  • Azərbaycan xaricə zəfərin ixracını - 3 DƏFƏ ARTIRIB - 1 KQ 1300 MANATDIR
    09:34 22 Mart 2023
  • Azərbaycan Türkiyənin dağılan ərazilərinin bərpasına - 100 MİLYON DOLLAR AYIRDI
    09:20 22 Mart 2023
  • Azərbaycanda şirkət öz səhmdarlarına dəyən - ZƏRƏRİ ÖDƏYƏCƏK
    09:16 22 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 2500-4000 MANAT- VAKANSİYA
    21:01 21 Mart 2023
  • "Reel Agency" işçilər axtarır - MAAŞ 1300-1500-2000 MANAT - VAKANSİYALAR
    20:59 21 Mart 2023
  • "OBA" market şəbəkəsi işçilər axtarır - VAKANSİYALAR
    20:54 21 Mart 2023
  • "FLY INN BAKU" işçi axtarır - MAAŞ 1200-1400 MANAT - VAKANSİYA
    20:50 21 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    20:33 21 Mart 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2500 MANAT- VAKANSİYA
    20:17 21 Mart 2023
  • "Azconstruction" QSC işçi axtarır - MAAŞ 1000-1200 MANAT - VAKANSİYA
    20:15 21 Mart 2023
  • "PASHA Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:10 21 Mart 2023
  • Azərbaycan qara kürünü 300 dollara alır, 1000 dollara satır – ÖLKƏLƏR, MƏBLƏĞLƏR
    20:03 21 Mart 2023
  • Müdafiə Nazirliyi "əsir xəbəri" barədə - AÇIQLAMA YAYDI
    19:26 21 Mart 2023
  • Gömrükdən gizli külli miqdarda qızıl gətirirdi - AŞKAR EDİBLƏR
    18:13 21 Mart 2023
  • 2023-cü il üzrə dünyanın - ən yaxşı biznes məktəbləri - 173 BUSINESS SCHOOL - TAM SİYAHI
    16:59 21 Mart 2023
  • Türkiyənin ən varlı iş adamları məlum oldu – 21 NƏFƏRLİK SİYAHI
    16:37 21 Mart 2023
  • Dünya pasportlarının reytinqi açıqlandı: Azərbaycanlilar 69 ölkəyə - VİZASİZ GEDƏ BİLƏR
    16:12 21 Mart 2023
  • The Economist: Dünyanın bank sistemini «təmir etmək» vaxtı çatıb
    13:31 21 Mart 2023
  • "Unibank" işçi axtarır - VAKANSİYA
    20:34 20 Mart 2023
  • "Express Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:32 20 Mart 2023
  • Azərbaycanın ən böyük bankı - ABB çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:30 20 Mart 2023
  • "AccessBank" işçi axtarır - VAKANSİYA
    20:22 20 Mart 2023
  • Publik Hüquqi Şəxs işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA
    20:19 20 Mart 2023
  • "Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
    20:16 20 Mart 2023
  • İki ölkə Putini həbs edəcəyini bildirdi – UKRAYNAYA GÖRƏ HƏBS ORDERİ İŞƏ DÜŞDÜ
    20:09 20 Mart 2023
  • Rusiyada Prezident Aparatının işçilərinə «iPhone» qadağan edildi – «YA TULLAMAQ, YA DA UŞAQLARA BAĞIŞLAMAQ»
    17:08 20 Mart 2023
  • Kriptovalyuta bazarına da «bahar gəlib» - QİYMƏTLƏR "UÇUR" – MƏBLƏĞLƏR
    13:49 20 Mart 2023
  • Neftin qiyməti 2021-dən bəri ən aşağı həddə – YENİ QİYMƏT
    13:32 20 Mart 2023
  • Sabah yağış yağacaq - HAVA PROQNOZU
    13:21 20 Mart 2023
  • Azərbaycan ərazisi ilə «Kaşaqan» neftinin - NƏQLİ BAŞLADI
    13:08 20 Mart 2023
  • Bank rəhbərlərinə qarşı cəzaları sərtləşdirməyi – TƏKLİF ETDİ
    12:31 20 Mart 2023
  • Təcili: AZAL endirimlərə başladı – 10 ŞƏHƏR, TARİXLƏR
    12:18 20 Mart 2023
  • İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
    10:13 20 Mart 2023
  • Ermənistan Zəngilan istiqamətində atəşkəsi pozub - HƏRBÇİMİZ YARALANIB
    09:48 20 Mart 2023
  • İranda TIR-lardan rüşvət tələb edilir - SÜRÜCÜLƏR AKSİYA KEÇİRDİ
    23:40 19 Mart 2023
  • "Para" BOKT çoxsaylı işçilər axtarır - MAAŞ 400-700-1000-1500 MANAT - 35 VAKANSİYA
    21:09 19 Mart 2023
  • "Kontakt Home" işçi axtarır - VAKANSİYA
    21:05 19 Mart 2023
  • SOCAR-da yaradılan yeni qurum işçilər axtarır - VAKANSİYALAR
    20:56 19 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!